BolgeXeber.Com » Xəbərlər » Yasamalda qanunsuz tikintilərə etiraz edən şəxs döyüldü - OLAY

Yasamalda qanunsuz tikintilərə etiraz edən şəxs döyüldü - OLAY

5-05-2016, 14:24
Oxunub: 2 849  Yasamalda qanunsuz tikintilərə etiraz edən şəxs döyüldü - OLAY Kütləvi İnformasiya Vasitələrinə vətəndaşlar tərəfindən təqdim olunan şikayət ərizələrində və ya sadəcə məlumat və açıqlamalarda müşahidə olunan mövzu müxtəlifliyi normal hal kimi qəbul edilir

Kimi yaşadığı ərazidə aparılan qanunsuz tkinti işlərindən narazılığını bildirir, kimi yaşıllıqların qırılmasına etiraz edir, kimi də aşkar olunmuş növbəti qumarxana və ya digər pritonun qeyri-qanuni fəaliyyətinə dair tədbir görülməsini tələb edir. Həmçinin daxil olan məlumatlarda ayrı-ayrı vətəndaşların rastlaşdıqları müxtəlif zorakılıq hallarından da ara-sıra bəhs edilir. Amma dünən “Bizim Dövr”ün redaksiyasına redaksiyasına daxil olmuş növbəti şikayət ərizəsində eyni zamanda bir neçə müxtəlif qanun pozuntularından təşkil olunmuş əsil “buket”dən bəhs edilir. Maraqlıdır ki, cəmi iki nəfərdən ibarət qrupun fəaliyyəti, bir çox qanun pozunuları ilə ətrafda yaşayan sakinlərin ciddi narahatlığına səbəb olsa da, əraziyə nəzarət edən icra və hüquq-mühafizə orqanlarının diqqətindən tamamilə “yayınmışdır”. Bu arxayınlıq isə, paytaxtın mərkəzi ərazilərindən birində qeyri-qanuni tikinti işləri aparan, qumar oyunları təşkil edən və digər qanunsuzluqlara yol verən həmin iki nəfəri, son nəhayətdə adam döymyə belə sövq etmişdir. Amma yaxşı olar ki, bu barədə redaksiyamıza 1985-ci il təvəllüdlü, Ağdam rayonu, Əliş bəy Baharlı kənd sakini, hal-hazırda Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti 31/66 (yataqxana) ünvanda müvəqqəti yaşayan, Cəfərov Mahmud Yusif oğlu tərəfindən təqdim olunmuş ərizədə yazılanlarla tanış olaq. Beləliklə, ərizədə deyilir:
“Yazıb sizə bildirirəm ki, qaçqın ailəsi olduğumdan müvəqqəti yataqxanada yaşayıram. Həmçinin mənimlə bərabər həmin yataqxanada yüzlərlə qaçqın və məcburi koçkün ailələri də yaşayır. 21 aprel 2016-cı il tarixində, idarə etdiyim 10 PV 919 dövlət qeydiyyat nişanlı, Lada Priora markalı avtomobilimə oturarkən, Natiq və Malik Pənahov qardaşları, Elxan və digər daha bir neçə şəxs mənim üzərimə hücum eərək, məni döymüş və mənə xəsarət yetirmişlər. Deməliyəm ki, mənim bu döyülməyimin əsas səbəbi adlarını qeyd etdiyim şəxslərin törətdikləri qanunsuz əməllərinə qarşı dəfələrlə iradlarımı bildirməyim olub. Məsələ bundadır ki, Natiq və Malik Pənahov qardaşları yaşadığımız ərazidə qanunsuz tikinti işləri aparmaqla məşğul olurlar. Bu şəxslər Tbilisi prospektində, yol kənarında və məhəllə daxilində nisbətən kiçik ölçülü ərazilərdə müxtəlif obyektlərin inşasını həyata keçirirlər. Sonradan bu obyektlər kafe, çayxana adları altında qumarxana və müxtəlif pritonlar kimi fəaliyyətə başlayır. Belə “kafe”lərdən biri də yaşadığımız yataqxananın həyətində fəaliyyət göstərir ki, bu səbəbdən də sakinlərin rahat gün-güzəranı olmur. Digər tərəfən də, bu şəxslərin apardıqları tikinti işləri səbəbindən bütün ətraf ərazilər bərbad vəziyyətə gətirilir. Avtomobil hərəkəti də, piyada gediş-gəliş də son dərəcə çətinləşir. Pənahovların inşa etdikləri obyektlər də, elektrik və qaz xəttlərinin qeyri-peşəkarcasına qoşulması səbəbindən, daima qəza baş verə biləcək təhlükə mənbəyi kimi çıxış edirlər. Eyni zamanda da, məndə olan dəqiq məlumata görə, Natiq və Malik Pənahov qardaşlarının nə özləri, nə də onların tikib-istifadəyə verdikləri obyektlər heç bir dövlət qeydiyyatından keçməyiblər və vergi ödəyicisi deyillər. Qeyd edim ki, mənim döyülmə faktımla bağlı hazırda polisdə istintaq aparılır. Bununla yanaşı, mən xahiş edirəm ki, yuxarıda qeyd etdiyim faktlar müvafiq dövlət qurumları tərəfindən diqqətə alınsın və ətraflı yoxlamalar aparılsın”.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.