Taleh Qaraşov Boladı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
6-05-2016, 12:28
Oxunub: 3 564
Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü mayın 5-də rayonun ən iri yaşayış məntəqələrindən olan Boladı kəndində keçirdi
Bolgexeber.com xəbər verir ki, görüşdə Boladı kənd icra nümayəndəsi Nizami Hüseynov inzibati ərazi dairəsi barədə məlumat verib kəndin sosial-iqtisadi inkişafı və mədəni quruculu ilə bağlı görülmüş işləri sadalamışdır. Çıxış edən vətəndaşlar Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin hər yerində həyata keçirilən quruculuq-abadlıq işlərini bəyəndiklərini, o cümlədən Lənkəran rayonunda və Boladı kəndində yolların asfaltlanmasına, körpülərin, kənddaxili yolların təmirinə görə minnətdarlıq ifadə ediblər.
Sonra ayrı-ayrı vətəndaşların müraciətləri və təklifləri dinlənildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkədə gedən inkişaf prosesləri, Lənkəran rayonunda həyata keçirilən işlər, qarşıda duran vəzifələr haqqında danışdı.
Görüşə yekun vuran İcra başçısı Boladı kənd inzibati ərazi dairəsinin mövcud sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işləri qeyd etdi, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarələrin, müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər