Bərdədə “Kitab Bayramı” keçirilmişdir
7-05-2016, 10:13
Oxunub: 4 127
Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi, Bərdə rayon Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə Bərdə şəhərində “Kitab Bayramı” keçirilmişdir
Tədbirdə Bərdə Turizm İnformasiya Mərkəzinin, Bərdə rayon Təhsil şöbəsinin, Bərdə rayon Səhiyyə şöbəsinin, Bərdə rayon Gənclər və İdman idarəsinin , İdarəetmə və Texnologiya kollecinin kollektivi və rayon ictimaiyyəti iştirak etdi.
Tədbiri giriş sözü ilə Bərdə rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Həvva Mirzəyeva açaraq tədbir iştirakçılarını salamladı. O kitabın insan həyatında oynadığı roldan, kitab oxumağın əhəmiyyətlərindən danışaraq gəncləri və yeniyetmələri kitab oxumağa dəvət etdi. Daha sonra çıxış edən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə gənclərdə kitab oxumağa marağın azaldığını qeyd etdi və vurğuladı ki, heç bir informasiya texnologiyası kitabı əvəz edə bilməz çünki kitab insana mənəvi qida verir. Bərdə rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov isə kitab bayramının keçirilməsinin əhəmiyyətindənn danışaraq bu işin təşkilatçılarına təşəkkürlərini bildirdi və bu bayramların tezliklə işğal olunmuş torpaqlarımızda keçirilməsini arzuladı. Bərdə rayon Səhiyyə şöbsənin müdiri Rəna xanım Musatafayeva bütün xalaqların mənəvi sərvəti olan kitabların insanların həyat tərzinin formalaşmasında oynadığı roldan danışaraq əvvəllər çox çətinliklə əldə edilən kitabların indi kitabxanaların fondunda olmasını xüsusi qeyd edərək bu sahədə görülən işlərə görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Tədbirdə təşkil edilmiş müxtəlif mövzulara həsr edilmiş kitab sərgiləri, Bərdə Turizm İnformasiya Mərkəzinin Bərdənin keçmişi ilə müasirliyini özündə əks etdirən sərgisi, Tarix-diyarşünaslıq muzeyinin eksponatlarından ibarət sərgisidə tədbirdə yer almışdı.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər