Şəhid kapitanımız İmişlidə torpağa tapşırıldı-FOTO
9-05-2016, 18:07
Oxunub: 2 914

Yaylım atəşi açıldıqdan sonra şəhid kapitan torpağa tapşırıldı
04 aprel 2016-cı il tarixdə cəbhənin Tərtər rayonunun Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə yaralanan və aldığı yaralardan 08 may 2016-cı il tarixdə Mərkəzi Hospitalda vefat edən Azərbaycan ordusunun kapitanı Savalanov Nəcməddin Akif oğlu bu gün böyüyüb boya- başa çatdığı İmişli rayonunun Göbəktala kəndində torpağa tapşırıldı.
Bolgexeber.com xəbər verir ki, dəfn mərasimində İmşli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev,Müdafiə Nazriliyinin nümayəndələri,Milli Məclisin üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.
İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi və bildirdi ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır.Şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Yaylım atəşi açıldıqdan sonra şəhid kapitan torpağa tapşırıldı.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər