BolgeXeber.Com » Xəbərlər » «Novruz Novruzov və Yusif adlı icra nümayəndəsi 1600 manatımı verməkdən boyun qaçırırlar» - Başçıya qarşı ittiham
«Novruz Novruzov və Yusif adlı icra nümayəndəsi 1600 manatımı verməkdən boyun qaçırırlar» - Başçıya qarşı ittiham
18-05-2016, 15:30
Oxunub: 3 080
Ağcabədi rayonu, Kamil Nəsibov küçəsi 236 ünvanında yaşayan Mahir Məmmədov Şabran rayon İcra Hakimiyyəti və onun başçısından şikayətçidir
Sonolay.org-a göndərdiyi şikayət məktubunda Məmmədov yazır ki, ötən ilin yanvarında fəhlə briqadısı ilə birlikdə Şabran rayon Ərazi İnzibati İcra Nümayəndəliyinin binasının dam örtüyünü dəyişiblər. Onun sözlərinə görə, onları işə Şabran rayonunun icra başçısı Novruz Novruzov və ərazi nümayəndəsi Yusif adlı şəxs dəvət edib. Ağcabədi sakini bildirir ki, icra başçısı və yerli nümayəndə tərəfindən haqları yeyilib. «Görülən işlərin dəyəri 11400 manat olub. İşi görüb qurtardıqdan və təhvil verdikdən sonra pullarımızın bir qismini hissə-hissə aldıq. Amma sonda bizə 1600 manat borclu qaldılar. Həmin gündən bəri həmin pulu ala bilmirik». Mahir Məmmədov Sonolay.org-a bildirib ki, dəfələrlə icra başçısının qəbuluna getsə də, pullarını ala bilməyib. O qeyd edir ki, icra başçısı və icra nümayəndəsi hər dəfə müxtəlif bəhanələrlə onu qəbul etməyiblər. «Onlar müxtəlif bəhanələr gətirərək, pulumu vermək istəmirlər. Sonradan öyrəndim ki, icra başçısı və icra nümayəndəsinin həmin pulu vermək niyyətləri yoxdur». Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər