BolgeXeber.Com » Xəbərlər » Tərtərin icra başçısı sakinləri dinlədi - FOTO

Tərtərin icra başçısı sakinləri dinlədi - FOTO

20-05-2016, 16:49
Oxunub: 2 375 Tərtərin icra başçısı sakinləri dinlədi - FOTOTərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir

Növbəti səyyar qəbul-görüş Kəbirli kəndində olmuşdur. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etmişlər.

Əvvəlcə Kəbirli kənd İƏD üzrə nümayəndə Azər Yaqubzadə kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Bildirmişdir ki, Kəbirli kənd İƏD üzrə nümayəndəlik Kəbirli, Bayandurlu kəndlərini əhatə edir. 337 təsərrüfatı, 1020 hektar ərazisi olan nümayəndəlikdə 1356 nəfər əhali yaşayır. Kənddə 29 məcburi köçkün ailəsində 104 nəfər məskunlaşmışdır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Terter.info xəbər verir ki, sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlərdən Şəmşir Orucov, elgün Məmmədov, Nərgiz Qaraşova, Rafiq Səfərov rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərinə təbi qazın verilməsindən, kənd sakinlərinin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirmiş, kənddə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, içməli və suvarma suyu üçün əlavə artezian quyularının qazılmasına ehtiyac olduğunu demişlər.

Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilmiş, şəxsi problemlərlə müraciət edən vətəndaşların müraciətləri qanun çərçivəsində yerindəcə həll olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.
Bolgexeber.com
Tərtərin icra başçısı sakinləri dinlədi - FOTO
Tərtərin icra başçısı sakinləri dinlədi - FOTO
Tərtərin icra başçısı sakinləri dinlədi - FOTO