BolgeXeber.Com » Xəbərlər » Naftalan Əlillərin Regional Bərpa Mərkəzində qandonduran əməllər – FAKT

Naftalan Əlillərin Regional Bərpa Mərkəzində qandonduran əməllər – FAKT

20-05-2016, 16:48
Oxunub: 1 956 Naftalan Əlillərin Regional Bərpa Mərkəzində qandonduran əməllər – FAKTMərkəzə xəstələrin qəbulu mövcud nizamnaməyə uyğun aparılmır

Son illər əlillərin hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əlillərin reabilitasiyası və fəal həyata inteqrasiyası sahəsində mütəmadi olaraq ölkəmizdə bir sıra tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər sırasında müəyyən kateqoriyadan olan əlillər üçün fərdi və ümumi yaşayış binalarının tikilib istifadəyə verilməsi, əlillərə minik avtomobillərinin verilməsi, respublikada və kənarda müalicələrinə köməklik göstərilməsi, onların əlil arabaları, protez-ortopedik məmulatlar və digər reabilitasiya vasitələri ilə təminatı, əlillər arasında idman yarışlarının təşkili və idman sağlamlıq mərkəzlərinin yaradılması mühüm yer tutur. Əlillərin reabilitasyası işində Bərpa Mərkəzlərinin müstəsna rolu nəzərə alınaraq regionlar üzrə yeni bərpa mərkəzlərinin yaradılmasına da xüsusi diqqət yetirilir.

Gundelik-baku.com-un araşdırmaları nəticəsində məlum olub ki, bu mərkəzlərin hamısında əlillərə xüsusi diqqət və qayğı göstərilmir. Redaksiyamıza Naftalan Əlillərin Regional Bərpa Mərkəzində cərəyan edən qanunsuzluqlar və baş həkim Aydın müəllimin həyata keçirdiyi özbaşınalıqlar barədə maraqlı məlumatlar daxil olub. Naftalan Əlillərin Regional Bərpa Mərkəzinin əlillərin kompleks tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulan regional müəssisə olduğunu deyən mənbə bildirdi ki, baş həkimin yersiz tələbləri əlillərin əlavə problemlərlə üzləşməsinə gətirib çıxarıb: «Mərkəz Naftalan şəhərində və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görməlidir.

Lakin baş həkim ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlməyi bacarmır. Mərkəzdə müalicə alan əlillərdə əsasən sinir sistemi və dayaq hərəkət sistemi xəstəlikləri üstünlük təşkil edir. Bu xəstəliklərin müalicəsi istiqamətində ciddi cəhd göstərilmir. Baş həkim fiziki problemləri olan şəxslərdən nəysə umur.

Mərkəzə xəstələrin qəbulu mövcud nizamnaməyə uyğun aparılmır. Nizamnamə ilə əlillər bura tibbi-sosial ekspert komissiyalarının və müalicə-profilaktika müəssisələrinin göndərişləri əsasında qəbul edilməlidir. Mərkəz rəhbəri isə əlillərin qarşısında «şərt» qoymaqla qanunları aşkar şəkildə pozur.

Burda müalicə olunan xəstələrin qidalanması da zəifdir. Dövlət əlillərin normal şəkildə qidalanması üçün külli miqdarda vəsait ayırsa da, baş həkim həmin pulları özünə yaxın şirkətlərin vasitəsilə havaya sovurur». İddialara görə, baş həkimin törətdiyi qeyri-qanuni işlərdən Naftalanın icra başçısı Natiq Aslanovun xəbəri olsa da, onun barəsində heç bir tədbir görpmür. Çünki deyilənə görə, baş həkim ay ərzində əldə etdiyi vəsaitlərin bir hissəsini məhz başçı ilə bölüşür. Bu səbəbdən Natiq müəllim Aydın həkimin imza atdığı özbaşına əməlləri görməzdən gəlir. İnanmaq istərdik ki, əlaqədar dövlət qurumlarının rəsmiləri Naftalan Əlillərin Regional Bərpa Mərkəzində yaşanan acınacaqlı vəziyyəti nəzarətə götürəcək və baş həkimə layiq olduğu cəza veriləcək. Qarşı tərəfi də dinləməyə hazırıq.