TQDK qəbul imtahanının nəticələrini AÇIQLADI
24-05-2016, 16:58
Oxunub: 3 505
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 24-də saat 16:24-dən etibarən açıqlayıb
Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 12800 abituriyentdən 944 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 11856 abituriyentdən 25 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər