BolgeXeber.Com » Xəbərlər » Gülağa İslamov əlili niyə hədələyir? - ŞİKAYƏT VAR

Gülağa İslamov əlili niyə hədələyir? - ŞİKAYƏT VAR

25-05-2016, 10:06
Oxunub: 3 776 Gülağa İslamov əlili niyə hədələyir? - ŞİKAYƏT VAR"Dəfələrlə mənə rayon icra hakimiyyətindən hədə qorxu gəlmişlər"

Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan Quliyev Rəfail Ağamir oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək, üzləşdiyi problemlərdən danışıb. Onun şikayətini olduğu kimi təqdim edirik:
“Mən 2009-cu ildən əlil arabasına möhtac qalmışam. Buna qədər də mənzil şəraitim çox pis idi, ancaq buna baxmayaraq ayaq üstə olduğum üçün umidim var idi ki, gələcəkdə munasib şərait quracam. Əlil arabasına möhtac olandan sonra, umidim hər yerdən kəsildi. 2010- cu ildə yerli bələdiyəyə bir- iki dəfə müraciət etdim onlar da mənə 20-30 manat köməklik göstərirdilər. Bununla ev-eşik qurmağın mümkünsüzlüyü məlumdur. Bu baxımdan 2011-ci ilin əvvəllərində sakini olduğum Xəzər rayon İcra Hakimiyətinin başçısı cənab G. İslamova müraciət etdim. İlk müraciətlərim cavabsız qaldılar. Sonra aidiyyəti üzrə millət vəkillərinə, nazirlərə dəfələrlə müraciətlər etmişəm. Bütün müraciətlərim Xəzər rayon icra hakimiyyətinə göndərilir və ordan mənə heç bir cavab verilmirdi. Mən bundan sonra ölkə başçımız respublika prezidenti İ. H. Əliyev cənablarına müraciətlər etdim.
Bu, 2013- cü ilin mayında olmuşdur. Ərizəm yenidən Xəzər rayon icra hakimiyyətinə göndərilmiş və onlara ərizəmlə maraqlanmalarına dair tapşırıq verilmişdi. Eyni vaxtda Bakı şəhər icra hakimiyyətinin başçısı cənab H. ABUTALIBOVA da oturaq dinc aksiya keçirmək üçün müracıət etmişdim. Nəhayət Xəzər rayonn icra başçısının müavini V. Həsənovun başçılığı ilə yerli icra nümayəndəsi, və bələdiyyədən gəlib mənim vəziyyətimlə maraqlandılar. Bu isə 2013- cü ilin iyun ayında olmuşdur. Başçının müavini vəziyyəti telefonla başçıya mərüzə etdi və onlar mənim üçün munasib şəraitin yaradılmasına söz verdilər. Özü də elə bir söz verdilər ki, inanmamaq mümkün deyildi, lakin mən də onlara inandım. Cüzi köməklik etdilər və sonra dedilər imkanımız yoxdur.
Dövlət budcəsindən pul ayrılmır və.s. Hazırda öz hesabıma və qohumların dəstəyi ilə müəyyən işlər görmüşəm, lakin evin içində yaşamaq mümkün olmadığından, dövlətin dəstəyindən istifadə etmək üçün yenidən müraciətlər etdim.2015-ci ilin may ayında Xəzər rayon İcra Hakimiyyətinin başçısı G. İslamov məni qəbul etdi. Qəbul zamanı mənə bir daha dedi ki, dövlət budcəsindən onlara əlillərə hər hansı bir köməkliyin göstərməsi üçün vəsait ayrılmır:

“ Bizdən sənə heç bir köməklik ola bilməz. Sən də yığışdır bu yazışmaları. Yığışdırmasan baxmaram əlil arabasındasan tikdirdiklərini də texnika ilə bir dəqiqənin içində yerlə yeksan edərəm”. Mən yenidən Prezidentə müraciət edəcəyimi deyəndə, o, bildirdi ki, heç kimdən qorxmur: “Get hara istəyirsə şikayət elə. Yazdıqların mənim üstümə göndəriləcək, mən də sənə cavab vermərəm. Doğurdan da, elə də edir. 2011-2015 -ci illər ərzində aidiyyəti üzrə təşkilatlara saysız hesabsız müraciətlər etmişəm. Təkcə ölkə başçısı İ. H. Əliyev cənablarına bu müddət ərzində 30 dəfə ərizə, iki dəfə teleqram, dəfələrlə də elektron ünvanına ərizə ilə müraciətlər etmişəm. 2014-2015 – ci illər ərzində 6 ( ALTI ) dəfə cənab Prezidentin qəbuluna getmiş, onunla şəxsən görüşmək istəmişəm.
Qapıları üzümə sıx bağlayaraq içəri buraxmamışlar. Dəfələrlə mənə rayon icra hakimiyyətindən hədə qorxu gəlmişlər. Nəhayət 2016-cı ilin üç ayında bir neçə dəfə prezidenin elektron poçtuna müraciət etmişəm. İcra Hakimiyyətindən mənə gələn hədə-qorxulara görə Baş Prokurorun elektron ünvanına müraciət etsəm də, qəbul edildiyi göstərilsə də , prokurorluq həmin ərizələrimi qeydə almayıb. Sonuncu dəfə isə sosial səbəkədən feysbuk səhifəmdə birbaşa cənab prezidentə müraciət ünvanlamışam və buna da əhəmiyyət verən yoxdur. Sanki mən heç bu ölkənin vətəndaşı deyiləm, etdiyım müraciətlərin də bunlara heç bir aidiyyatı yoxdur. Yeddi nəfər ailə üzvümlə cəmi 25 kv.m sahəsi olan bir yaşamaq üçün yararsız bir tikilidə yaşayırıq. Bu qədər biganəliyə baxmayaraq, oğlanlarım hərbi xidmət keçmiş və hər biri də komandanlıq tərəfindən vətənpərvərliklərinə görə yüksək dəyərləndiriliblər. İki övladım hələ də məktəblidir. Bütün bu haqsızlıqların ictimailəşdirilməsində mənə köməklik göstərməyinizi istəyirdim. Xahiş edirəm mümkün olanını edin, bəlkə bir köməyi dəydi”.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Gülağa İslamov əlili niyə hədələyir? - ŞİKAYƏT VAR