BolgeXeber.Com » Xəbərlər » Şamaxı ziyalıları biabırçı olaya görə nazirliyin vəzifəli şəxsini ittiham edir - "...xeyli sayda qanunsuz hərəkətlər edib"

Şamaxı ziyalıları biabırçı olaya görə nazirliyin vəzifəli şəxsini ittiham edir - "...xeyli sayda qanunsuz hərəkətlər edib"

25-05-2016, 19:13
Oxunub: 2 498 Şamaxı ziyalıları biabırçı olaya görə nazirliyin vəzifəli şəxsini ittiham edir - "...xeyli sayda qanunsuz hərəkətlər edib""O şəxs müdir işləyərkən xeyli sayda qanunsuz hərəkətlər edib, həmin dövrlərdə təhsil şöbəsində rüşvətxorluq baş alıb gedib"

"Biz Şamaxı Rayon Pirbəhli kəndinin ziyalıları və ağsaqqaları adından təhsil naziri hörmətli Mikayıl Cabbarova və mətbuata müraciət edib bildiririk ki,bu kənddə baş verən biyabırçı hadisəyə birbaşa səbəbkar şəxs hazırda Təhsil Nazirliyində məsul vəzifədə çalışan Veysova Səadət Əhməd qızıdır.Çünki o,həmin bu hadisədə adı hallanan Elnur İbrahimovu Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri işləyərkən Təhsil Nazirliyinin test imtahanından kəsilməsinə baxmayaraq və bu məktəbdə onun ixtisasından ehtiyac olmadığı halda müəyyən məbləğdə pul müqabilində həmin kəndə müəllim göndərib”.

Bütün bunlar bir neçə gün əvvəl biabırçı olayın baş verdiyi Şamaxının Pirbəhli kəndinin ziyalıları və ağsaqqaları adından daxil olan müraciətdə yer alıb.

Dia.az-a daxil olan müraciətdə həmçinin qeyd olunur ki, əgər həmin vaxt Veysova Səadət Əhməd qızı imtahandan keçməyən bu şəxsi qanunsuz şəkildə Pirbəhli məktəbinə müəllim təyin etməsəydi bu hadisə baş verməzdi: "Həm də Səadət Veysovanın belə qanunsuz hərəkətləri tək bununla bitmir. Araşdırılsa, onun işlədiyi 2-3 il ərzində Elnur İbrahimov kimi onlarla qanunsuz müəllimin imtahandan keçmədən işə qəbul olunması məlum olar.

O şəxs müdir işləyərkən xeyli sayda qanunsuz hərəkətlər edib, həmin dövrlərdə təhsil şöbəsində rüşvətxorluq baş alıb gedib. Bu nöqsanlarına görə işdən çıxarılan bu şəxsin Təhsil Nazirliyində məsul bir vəzifəyə təyin edilməsi bizi çox təəssüfləndirir.

Biz bir daha bildiririk ki, həmin bu iyrənc hadisəyə səbəbkar şəxs birbaşa Səadət Veysovadır. Biz inanırıq ki, hörmətli nazir Mikayıl Cabbarov bu şəxslə bağlı qərar verəcək”.

Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, məktəbli hamiləliyin 7-ci ayındadır. Bu hadisə haqda xəbər tutanda məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun, daha doğrusu onun hüquq-mühafizə orqanlarını pulla ələ almasının mane olduğu bildirilirdi. Lakin sonradan mətbu diqqətin artması, olayın ictimailəşməsi son nəticədə müəllimin həbs olunması ilə nəticələndi.

Müraciətdə iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...