BolgeXeber.Com » Xəbərlər » 28 may- Respublika günü münasibəti ilə Hacıqabulda tədbir keçirilib-FOTO

28 may- Respublika günü münasibəti ilə Hacıqabulda tədbir keçirilib-FOTO

26-05-2016, 10:40
Oxunub: 2 658 28 may- Respublika günü münasibəti ilə Hacıqabulda tədbir keçirilib-FOTOMüsəlman Şərqinin ilk demokratik cümhuriyyəti

28 may Respublika günü münasibəti ilə may ayının 25-də Hacıqabul rayonunda tədbir keçirildi. Tədbirdən öncə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir qrup tədbir iştirakçısı Heydər Əliyev adına parkda ulu öndərin əziz xatirəsini ehtiramla yad edərək, abidəsi önünə tər gül dəstələri düzdülər.
Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov açdıqdan sonra Dövlət Himni səsləndirildi. Sonra RİH Başçısı çıxışını davam etdirərək xalqımızı, eləcə də tədbir iştirakçılarını 28 may Respublika günü münasibəti ilə təbrik etdi, 1918-ci ildə Azərbaycan Respublikasının yaradılmasından, fəaliyyətindən, o dövrdə baş verən siyasi proseslərdən, respublikamızın yenidən müstəqillik qazanmasından və bu proseslərdə ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışdı. 98 il bundan öncə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik dövlət olduğunu diqqətə çatdırdı.
Tədbirdə məruzə və çıxışlarda qeyd olundu ki, xalqımızın dövlətçilik ənənələrini yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev bugünkü müstəqil Azərbaycanı 1918-ci ildə yaradılmış ilk Xalq Cümhuriyyətinin varisi adlandırıb. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yorulmaz fə
aliyyəti nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilib, dünya birliyində özünə layiqli yer tutub.
Bolgexeber.com