Xaləddin İsgəndərovu qəzəbləndirən ərköyün icra nümayəndəsi... - NARAZILIQ VAR...
26-05-2016, 10:59
Oxunub: 3 335
Xaləddin İsgəndərovun məhz bu məsələyə görə icra nümayəndəsini ayağa qaldıraraq sərt tənqid etməsinə baxmayaraq problem həllini tapmaq əvəzinə daha da qəlizləşib
Binəqədi rayonu Biləcəri qəsəbəsi, Y. Hüseynov küçəsi, 75 b, mənzil 12-də yaşayan Mirqadir Mirsultanov Biləcəri qəsəbə icra nümayəndəsi İbad İbadovla bağlı Moderator.az - a üz tutaraq şikayətinin Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərova çatdırımasını xahiş edib.
Şikayətçinin saytımıza təqdim etdiyi çoxsaylı şikayət mıəktubları və yazışmalardan görünür ki, münaqişə artıq 3 ildən çoxdur davam edir və bu azmış kimi vaxtilə qanunsuz hərəkətlərindən müxtəlif instansiyalara şikayət etdiyi qonşusu sonradan elə icra nümayəndəsi vəzifəsinə təyinat alıb, buna görə də onun qanunsuz tikinti aparmasına heç cür mane ola bilməyib.
Şikayətçi iddia edir ki, qonşusu-Biləcəri qəsəbə icra nümayəndəsinin apardığı qanunsuz tikinti ilə, daha doğrusu tikintinin dayandırılması ilə bağlı müxtəlif dövlət qurumlarından xəbərdarlıq edilməsinə, hətta iclasların birində icra başçısı Xaləddin İsgəndərovun məhz bu məsələyə görə icra nümayəndəsini ayağa qaldıraraq sərt tənqid etməsinə baxmayaraq problem həllini tapmaq əvəzinə daha da qəlizləşib.
Şikayətçi bunu icra nümayəndəsinin ölkənin məşhur nazirlərindən birinə bağlı olması ilə əlaqələndirir və buna görə də Xaləddin İsgəndərovun onu candərdi, könülsüz olaraq vəzifədə saxladığını iddia edir.
Qeyd edək ki, şikayət məktubu ilə birlikdə onlarla teleqram və məktubların surəti də redaksiyamıza təqdim olunub.
Biz mövzunu diqqətdə saxlayacağıq və Binəqədi rayonu icra hakimiyyətinin başçısı hörmətli Xaləddin İsgəndərovdan xahiş edirik ki, məsələni şəxsi nəzarətində saxlasın və artıq iki qonşu arasında ciddi münaqişəyə səbəb olmuş bu problemin çözülməsi istiqamətində müvafiq göstərişlərini versin.
Biz barəsində ittiham səsləndirilən İbad İbadovu da dinləməyə, yaxud fikirlərini olduğu kimi təqdim etməyə hazırıq. Ümid edirik ki, “Qordi düyünü”nə çevrilmiş bu problem tezliklə həllini tapacaq.
Bizi izləyin...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər