İmişlidə 28 may -Respublika günü qeyd olunub-FOTOLAR
26-05-2016, 15:55
Oxunub: 3 490
28 may- Respublika günü İmişli rayonunda da silsilə tədbirlərlə qeyd olunub
Əvvəlcə Ulu öndərin abidəsi önünə tər güllər qoyulub.Bolgexeber.com xəbər verir ki,tədbirdə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən və ötən əsrin sonlarında keçmiş imperiyanın süqutundan sonra ölkəmizin ikinci dəfə öz müstəqilliyini bərpa etməsindən danışıb. Bildirib ki, 1991-ci ildə Ölkəmiz 2-ci dəfə öz müstəqilliyinə qovuşdu. Həmin ərəfədə yenə daxili və xarici qüvvələr ölkəmizin müstəqilliyinə əngəl yaratmağa başladılar. Müstəqilliyimizin qorunub saxlanılması və möhkəmlən-dirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndərin yenidən xalqımızın təkidli tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdışı ölkəmizi xarici və daxili təhlükələrdən xilas etdi, ictimai-siyasi sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, həyat öz axarına düşdü. Bildirib ki, Ulu öndərin uzaqgörən siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilib və öz nüfuzunu günbəgün artırır, bölgədə lider dövlətə çevrilib.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər