BolgeXeber.Com » Xəbərlər » Şamaxı İcra başçısının müavini jurnalisti hədələdi - Siz nə hədlə mənim telefonuma zəng vurursunuz?

Şamaxı İcra başçısının müavini jurnalisti hədələdi - Siz nə hədlə mənim telefonuma zəng vurursunuz?

28-05-2016, 09:14
Oxunub: 3 345 Şamaxı İcra başçısının müavini jurnalisti hədələdi - Siz nə hədlə mənim telefonuma zəng vurursunuz?Səsləndirilən fikirlərlə bağlı A.Vahidovun fikrini öyrənməyə çalışsa da, o, dolayısıyla fəhlələrin dediyini təsdiqləmiş olub

Xəbər verdiyimiz kimi Şamaxıda bir qrup fəhlə iki aydır əməkhaqqı ala bilmir, üstəlik icra başçısının müavini Ağamustafa Vahidov tərəfindən sürgünlə hədələnir
Səsləndirilən fikirlərlə bağlı A.Vahidovun fikrini öyrənməyə çalışsa da, o, dolayısıyla fəhlələrin dediyini təsdiqləmiş olub:
"Sizə cavab vermək fikrim yoxdur. Siz nə hədlə mənim telefonuma zəng vurub, sorğu-sual edirsiniz? Müraciət daxil olub, gəlin, gedin, araşdırın da. İndi telefonda sizin suallarınızı cavablandırmalıyam? Sizə kim bu ixtiyari verib?"
Xatırladaq ki, "Azərtikintiquraşdırma servis 23" ASC-nin 4 saylı filialında işləyən fəhlələr Ölkə.Az-a bildiriblər ki, aprelin 1-dən əmək müqaviləsi bağlayıb işə başlasalar da, indiyə kimi nə əmək müqavilələrinin surətini, nə də maaş kartlarının üzünü görməyiblər. Hələ üstəlik, müraciət etdikləri icra başçısının müavini Ağamustafa Vahidov onları hədələyib.
Bolgexeber.com