BolgeXeber.Com » Xəbərlər » Tərtərdə Respublika Günü qeyd edildi - FOTOLAR

Tərtərdə Respublika Günü qeyd edildi - FOTOLAR

28-05-2016, 09:51
Oxunub: 2 446 Tərtərdə Respublika Günü qeyd edildi - FOTOLARHeydər Əliyev Mərkəzində 28 may Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

Toplantı iştirakçıları əvvəlcə torpaqlarımız uğrunda canından keçmiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Bolgexeber.com xəbər verir ki, sonra rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov tədbir iştirakçılarını Respublika Günü münasibəti ilə təbrik edərək məruzə etmişdir. O, bildirmişdir ki, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci ilin 28 May Günü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bir gün kimi yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Bu gün xalqımızın ən əziz bayramlarından olmaqla, həm də milli iftixar, milli zəfər günümüzdür.

Qeyd olunmuşdur ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən öz istiqlalına qovuşsa da həmin vaxt hakimiyyətin savadsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu. Ölkəmizin ədalətsiz müharibəyə sürüklənməsi, torpaqlarımızın işğalı, daxili çəkişmələr və vəzifə davası, dərin sosial-iqtisadi böhran, hakimiyyət çevrilişləri, vətəndaş qarşıdurması müstəqilliyimizin ilk illərində çətin vəziyyət yaratmışdı. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından və dövlətçiliyimizin sükanını öz qüdrətli əllərinə almasından, milli azadlığımız və iqtisadiyyatımız uğrunda qətiyyətli, cəsarətli mübarizəyə başlamasından sonra həmin mənzərə dəyişdi. Heydər Əliyev dühası və müdrikliyi bütün xalqı milli ideya-azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğunun əsasını qoymağa nail oldu. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi və idarəçilik məharəti müstəqil dövlətimizi ağır bəlalardan xilas etdi, ölkədə möhkəm ictimai-siyasi sabitlik yaratdı, davamlı inkişafa yol açdı.

Bu gün biz qüdrətli hərtərəfli inkişafın sürəti ilə dünyada seçilən demokratik, müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Heydər Əliyev siyasi məktəbinin əsas fəlsəfi prinsiplərini mənimsəmiş, siyasətin real işdən ibarət olduğunu öz fəaliyyətində sübuta yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük öndərin başladığı layihələri uğurla həyata keçirməklə, Azərbaycanı qüdrətli dövlətə çevirmişdir.

Sonra rayon tarix-diyarşünaslıq muzeyinin direktor əvəzi Maral İbrahimova, Dəmirçilər kənd tam orta məktəbinin tarix müəllimi Elxan Məmmədzadə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” ümumrespublika müsabiqəsinin qalibi Banu Cəfərli çıxış etmişlər. Çıxış edənlər Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu umummilli lider Heydər Əliyevin “Azərbaycanımızın müstəqilliyi bizim tarixi nailiyyətimizdir”, -sözlərini yada salmışlar və bu gün onun siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dünya miqyasında liderlik mövqeyinə yüksəldiyini vurğulamışlar.
Tərtərdə Respublika Günü qeyd edildi - FOTOLAR
Tərtərdə Respublika Günü qeyd edildi - FOTOLAR
Tərtərdə Respublika Günü qeyd edildi - FOTOLAR
Tərtərdə Respublika Günü qeyd edildi - FOTOLAR