BolgeXeber.Com » Xəbərlər » “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda seminar keçirilib - Tərtərdə
“Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda seminar keçirilib - Tərtərdə
28-05-2016, 10:29
Oxunub: 4 170
Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda elmi-praktik seminar keçirilib
Bolgexeber.com xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin nümayəndələri, ətraf rayonların toxum müfəttişləri, bitki mühafizə stansiyalarının rəisləri, taxılçılıqla məşğul olan qabaqcıl fermerlər iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, seminarın işinə uğurlar arzulayıb, aqrar sahədə əldə olunan uğurlardan, strateji məhsullar olan taxılçılığın və pambıqçılığın inkişafı ilə bağlı görülən işlərdən danışıb.
Seminarda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Rəsul Balayev çıxış edərək, kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinin əldə olunmasında toxumçuluğun düzgün təşkili, keyfiyyətli toxumun kənd təsərrüfatı məhsulu istehsalçılarının həyatında və ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsir və digər məsələlərdən bəhs edib.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin baş məsləhətçisi Anar Mirzəyev “İnformasiya-məsləhət xidmətinin aqrar sahədə rolu”, Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Yeni taxıl sortlarının suvarma şəraitində potensial məhsuldarlığı və ona təsir edən amillər”, Tərtər rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev “Taxılçılıqda yeni resursmühafizəedici mütərəqqi texnologiyaların üstünlükləri”, Tərtər Bölgə Təcrübə Stansiyasının bitki seleksiyası şöbəsinin müdiri Həqiqət Həşimova “Milli və Beynəlxalq seleksiya proqramları çərçivəsində Tərtər Bölgə Təcrübə Stansiyasında aparılan tədqiqatlar” mövzularında çıxışlar ediblər.
Müzakirələrdən sonra iştirakçılar Tərtər Bölgə Təcrübə Stansiyasının təcrübə sahələrində tətbiq edilən yeni taxıl sortları və texnologiyalarla tanış olublar.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər