BolgeXeber.Com » Xəbərlər » “Rabitəinşaat” Açıq Səhmdar Cəmiyyətində korrupsiya - İTTİHAM VAR

“Rabitəinşaat” Açıq Səhmdar Cəmiyyətində korrupsiya - İTTİHAM VAR

28-05-2016, 17:01
Oxunub: 2 883 “Rabitəinşaat” Açıq Səhmdar Cəmiyyətində korrupsiya - İTTİHAM VARYoxsa “Rabitəinşaat” ASC-nin fəaliyyətindəki məqamlardan məmnun qalanlar təkcə sifarişçilər deyil..?

Bu kimi iddialara bizimdovr.az-a daxil olan məlumatlarda son vaxtlar tez-tez rast gəlmək olur. Məsələ bundadır ki, “Rabitəinşaat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yelmar İsgəndərov smetanın süni şişirdilməsi, alınan mal-materilların “qənaət edilmiş” hissəsinin öz aralarında bölüşdürülməsi, “ölü canlar”ın qetdiyyata salınması və bir çox başqa maxinasiyaların mahir bilicisi kimi ad çıxarıb. Hətta eyni bir rayonda 840 yerlik məktəb korpusunun tikintisini 2,5 milyon manata başa çatdırdığı halda, “Rabitəinşaat” ASC yenə də həmin rayonda cəmi 600 yerlik korpusun tikintisinə artıq 3,4 milyon vəsait sərf edə bilər. Təbii ki, bəzi sifarişçiləri də məhz bu kimi “bacarıqlar” xüsusilə maraqlandırır. Məhz buna görə də redaksiyamıza daxil olan açıqlamalarda “Rabitəinşaat” ASC-nin sədrinə qarşı müxtəlif maliyyə maxinasiyaları və tender saxtalaşdırılmaları ilə bağlı ciddi ittihamlar irəli sürürlər. Məsələn, daxil olan məlumatlardan birində deyilir ki, Şəmkir rayonunda 126 ailəlik qəsəbədə bərpa və yenidənqurma işləri, Xaçmaz şəhərində akademik Zərifə xanım Əliyeva adına 1176 şagird yerlik 8 nömrəli orta məktəb binasının tikintisi, Dövlət Neft Şirkətinin sifarişləri əsasında Balakən şəhərində 235 çarpayılıq Mərkəzi Xəstəxana binasının və Balakən rayonunun İtitala kəndində 480 şagird yerlik orta məktəb binasının, Ağcabədi, Zaqatala və Balakən şəhərlərində 4 mərtəbəli 36 mənzilli yaşayış binalarının, Qax və Goranboy rayonlarında 16 mənzilli 2 mərtəbəli yaşayış binalarının və bir çox digər obyekt və binaların da tikintilərində də yuxarıda qeyd olunan maxinasiyalara yol verilmişdir.

Artıq qeyd olunduğu kimi, “Rabitəinşaat” ASC 2004-cü ildə “Azərrabitəinşaat” ATSC-nin bazasında yaradılmışdır. Həmin ildən də indiyə qədər ASC-nin sədri vəzifəsində Yelmar İsgəndərov çalışır. “Rabitəinşaat” ASC əsas etibarilə mülki və yaşayış binaları, o cümlədən inzibatı binalar, mehmanxana, ümumtəhsil məktəbləri, uşaq bağçaları, texniki peşə məktəbləri, ticarət, ictimai və mədəni maarif mərkəzləri, səhiyyə obyektləri və sairə üzrə ixtisaslaşmış tikinti təşkilatıdır. Bu illər ərzində ASC respublikamızın demək olar ki, bütün regionlarında ATS və Poçt binalarının tikintisini, şəhərdaxili və magistral rabitə xətlərinin çəkilməsini həyata keçirmişdir.

Maraqlıdır ki, bu gün Azərbaycanda “Rabitəinşaat” ASC-dən daha üstün keyfiyyətli iş görən şirkətlər kifayət qədərdir. Amma bütün digər şirkətlər tender müsabiqələrində “Rabitəinşaat” ASC-ni nədənsə qətiyyən üstələyə bilmirlər. Məsələ bundadır ki, Yelmar İsgəndərov özünün şəxsi əlaqələri və yuxarıda qeyd olunmuş bir çox başqa keyfiyyətləri ilə, son illər ərzində xüsusən 1-5 mərtəbəli binaların tikintisini demək olar ki, tamamilə inhisara ala bilib. Bütün bunlarda ən çox təəssüf doğuran hal isə budur ki, sifarışçılərin və “Rabitəinşaat” ASC-nin timsalında icraçının qarşılıqlı maraqlarını təmin edən bu vəziyyət, son nəticədə büdcə vəsaitlərinin talanması ilə müşayiət olunur. Bu isə təbii ki, nə xalqın, nə də dövlətin maraqlarına uyğun hal hesab oluna bilməz. Bəs görəsən belə olduğu halda, aidiyyatı olan qurum və instansiyalar hansı səbəbdən hələ də Yelmar İsgəndərovun bu “yradıcılığı”na barmaqarası baxırlar? Yoxsa “Rabitəinşaat” ASC-nin fəaliyyətindəki məqamlardan məmnun qalanlar təkcə sifarişçilər deyil..?

Qarşı tərəfin də mövqeini öyrənə bilərik.