Buxarestdə səhiyyə sistemində korrupsiya mövzusunda konfrans keçirilib
31-05-2016, 18:06
Oxunub: 3 078
İsfəndiyar Hacıyev çıxış edərək iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır
Mayın 23-24-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) İşçi Qrupunun “Səhiyyə sistemində korrupsiya – preventiv tədbirlər və istintaq, ən yaxşı təcrübələr və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, tədbirdə təşkilata üzv ölkələrin səhiyyə sistemində korrupsiyanın qarşısının alınması üçün görülmüş qabaqlayıcı tədbirlər, bu sahədə dövlət satınalmalarının həyata keçirilməsi zamanı baş verən korrupsiya hüquqpozmalarının araşdırılması üsulları və mübarizə mexanizmləri ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Konfransda ölkəmizi təmsil edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İsfəndiyar Hacıyev çıxış edərək ölkəmizdə korrupsiya qarşı mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını vurğulamaqla səhiyyə sistemində korrupsiyanın qarşısının alınması məqsədi ilə həyata keçirilmiş hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat vermiş və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər