Cəlilabad bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyi başa çatıb
1-06-2016, 11:53
Oxunub: 5 888
Cəlilabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futbol üzrə rayon birinciliyi keçirilmişdir
Bələdiyyə komandaları arasında futbol üzrə Cəlilabad rayon birinciliyi Üçtəpə bələdiyyəsinə daxil olan kənd komandasının qələbəsi ilə başa çatıb.Cəlilabad Rayon İcra Hakimiyyəti ,Rayon Gənclər və İdman İdarəsi və Məsul Kənd Könüllü İdman Cəmiyyətinin Cəlilabad rayon Şurasının birgə təşkilatçılığı ilə aprelin 30-dan startı verilən birincilikdə 12 komanda mübarizə aparıb.Birinciliyin mayın 31-də şəhər stadionunda keçirilən final oyununda Üçtəpə və Uzuntəpə kənd bələdiyyələrinin komandaları qarşılaşıblar. Rəqibinə 3-1 hesabı ilə qalib gələn Üçtəpə kənd komandası birinciliyin qalibi adını qazanıb. Uzuntəpə bələdiyyəsinin komandası isə yarışı ikinci pillədə başa vurub.Birinciliyin qalibləri RİH başçısı Əziz Əzizov tərəfindən kubok, diplom, medal və idman geyimləri ilə mükafatlandırılıblar.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər