BolgeXeber.Com » Xəbərlər » 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Tərtərdə tədbir

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Tərtərdə tədbir

1-06-2016, 15:58
Oxunub: 2 234 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Tərtərdə tədbir1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tərtər şəhərində Heydər parkında Tərtər Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir

Xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən bayram şənliyində rayonun ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri ilə birgə rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar da iştirak etmişlər.

Bolgexeber.com xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etmiş və bildirmişdir ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

İcra başçısı xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.

Sonra rayon rəhbəri hazırda rayonda Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən 100 yerlik körpələr evi-uşaq bağçasında, uşaq şahmat məktəbində son tamamlama işlərinin aparıldığını da vurğulamışdır.

Qeyd olunmuşdur ki, ölkəmizdə Ermənistanın Azərbaycana təcavüz etməsi ilə əlaqədar döyüşlər gedibdir, insanlarımız şəhid olubdur, qurbanlar vermişik. Təəssüf ki, hələ böyüməmiş, dünyanı görə bilməmiş uşaqlar da bu faciənin qurbanları olublar. 1990-cı il 20 yanvar faciəsində də, Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilmiş Xocalı soyqırımında da uşaqlar həlak olublar, uşaqlar qurban gediblər. Bunlar hamısı bizi kədərləndirir.

Rayon rəhbəri bu günkü uşaqların XXI əsrdə müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlar olacağını vurğuladı. Bildirdi ki, bugünkü uşaqlar, bugünkü Azərbaycan gəncləri Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirdirlər.

Sonra uşaqlar maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Bayram tədbirində uşaqlara şirniyat paylanmış, 4 nəfər uşağın valdeyininə Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən doğum şəhadətnaməsi təqdim edilmişdir.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Tərtərdə tədbir
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Tərtərdə tədbir
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Tərtərdə tədbir
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Tərtərdə tədbir