Cəlilabadda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub-FOTO
1-06-2016, 16:56
Oxunub: 3 520
Dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da hər il qeyd edilir
Cəlilabadda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur. BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə keçirilən “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin olunması ilə bağlı təkliflər səsləndirilmiş və 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar verilmişdir. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da hər il qeyd edilir. İyunun 1-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunmuşdur. Bayram şənliyinə toplaşan uşaqların sevinclərinin həddi-hüdudu yox idi. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov uşaqların beynəlxalq müdafiəsi günü haqqında bayram şənliyi iştirakçılarına ətraflı məlumat vermiş, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısının gücləndirilməsindən, uşaq problemlərinə diqqətin artırılmasından, uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi istiqamətində görülən işlərdən ətraflı danışmışdır. Sonra uşaq yaradıcılıq mərkəzinin bədii kollektivləri və uşaq bağçlarının şagirdləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.Tədbir bayram konserti ilə davam etmişdir.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər