Yaqub Zurufçunun bankda 250 min dolları batıb - geri istəyir
1-06-2016, 17:32
Oxunub: 4 002
Azərbaycan Respublikasının əməkdar artisti Yaqub Zurufçu üzləşdiyi problemlə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib
Bolgexeber.com Musavat.com-a istinadən əməkdar artistin məktubunu dərc edir.
Y.Zurufçu yazır: Hörmətli cənab Prezident! Sizin 2009-cu ildə mənə verdiyiniz vətəndaşlıqla qürur duyuram və Amerika Birləşmiş Ştatlarından vətənimizə köçmüşəm. Bakıya gələndə əlimdə olan 250000 (iki yüz əlli min) dollar məbləği "Royal Bank"a əmanət qoydum. Bank bağlandıqdan sonra qoyduğum əmanət də bankda həbs olundu. Bakıda qərib olduğumdan və heç bir yerdə işləmədiyimdən maddi durumumu da heç kəsə deyə bilmərəm. Bu arada bildirməliyəm ki, dəfələrlə sizə və Mehriban xanıma məktub yazıb və teleqram çəkmişəm. Prezident Administrasiyasının rəsmilərinə və bir çox dövlət orqanlarına bu məsələni bildirmişəm. Amma heç bir nəticəsi olmayıb. Görünür ki, sözümü sizə çatdırmayıblar. Sizdən xahiş edirəm ki, mənim ulu öndər Heydər Əliyevə sadiq, Azərbaycan dövlətçiliyinə bağlı biri olaraq, məsələmə xüsusi diqqət göstərəsiniz. Öncədən təşəkkür edirəm".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər