Ağdaş Mədəniyyət Şöbəsi önündə - Rəzalət
2-06-2016, 15:58
Oxunub: 2 813
Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsi binasının önündəki mənzərə əsl "mədəni” nümunədir
24saat.org-a rayon sakini tərəfindən göndərilən fotolardan məlum olur ki, mədəniyyət ocağının qabağı otlağa çevrilib. Buna oxşar mənzərə Beyləqanda lentə alınmışdı. Şəkildə qoyun sürüsü kitabxanaya daxil olurdu. Analoji olmasa da, təqribən bir-birinə yaxın fotolar olan Ağdaşdakı real mənzərə Rayon Mədəniyyət və Turizm Şöbəsi rəhbərliyinin fəaliyyəti və diqqətinin "layiqli” nəticəsidir.
Qeyd edək ki, prezidentin son sərəncamından sonra Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi yaradılıb. Hər halda bu mənzərə idarə üçün bir örnək ola bilər. Onu da bildirək ki, mətbuatda Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Tahir Əliyevin də öz fəaliyyətində yol verdiyi ciddi nöqsanlara dair faktlar öz əksini tapıb. Məlumatlarda göstərilir ki, rayonda fəaliyyət göstərən bütün bu mədəniyyət ocaqları və turizm müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər.
Əks halda isə T.Əliyev tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradıla bilər. Ğ Təbii ki, yaranmış vəziyyət həmin müəssisə rəhbərlərini də adekvat addımlar atmağa sövq edir. Buna görə də hazırda bu müəssisələrin ştat cədvəlinə salınmış "ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur.
Mədəniyyət və Turizm Şobəsinin nəzrində fəaliyyət göstərən obyekt və müəssisələrin demək olar ki, heç birində ştat cədvəlində əməkdaşların göstərilən sayı ilə burada işləyən insanların sayı düz gəlmir. Mədəniyyət və Turizm Şöbəsinin müdiri son zamanlar Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun tapşırıq və tövsiyyələrinə də aşkar etinasızlıq nümayiş etdirir. Məlumatlara görə, Tahir Əliyevin bu davranışı onun yüksək vəzifə tutan qardaşına olan arxayınlığından irəli gəlir.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər