BolgeXeber.Com » Xəbərlər » Beyləqan: icra başçısı Fondun tikdiyi baxçanı qıfıllayıb

Beyləqan: icra başçısı Fondun tikdiyi baxçanı qıfıllayıb

2-06-2016, 16:01
Oxunub: 2 135 Beyləqan: icra başçısı Fondun tikdiyi baxçanı qıfıllayıb Beyləqanda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilən uşaq baxçası istifadəyə verilmir

Bolgexeber.com bildirir ki,24saat.org-a verilən xəbərə görə, buna səbəbkar Beyləqan Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Abdullayevdir. Heydər yerləşən binanın inşası 3 il öncə tam başa çatıb. Lakin bunlara baxmayaraq bina 3 ildir qıfıllanmış vəziyyətdə saxlanılır və istifadəyə verilmir. Məlumatlara görə, Vaqif Abdullayev baxçaya müdirə vəzifəsinə təyin edəcəyi şəxslərdən külli miqdarda rüşvət istəyir. İcra başçısının istədiyi rüşvət həddindən artıq çox olduğu üçün heç kim risk edib o rüşvəti vermir.

Qeyd edək ki, son aylar monitorinq aparılsa mediaya ən çox şikayət məktubları gələn regionlardan biri də Beyləqandır. İcra başçısı və ayrı-ayrı məmurların qanunsuz işləri haqda müraciətlər prezidentə ünvanlanır. Ümid edilir ki, dövlət başçısı onun etimadını doğrultmayan və artıq vəzifədən kənarlaşdırılmış bəzi icra başçılarının cərgəsinə V.Abdullayevi də əlavə edəcək.