Həccə gedənin borcu olmamalıdır, amma QMİ borclu Həcc TƏKLİF EDİR
2-06-2016, 19:40
Oxunub: 3 789
Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərdən 250 boş yer qalıb
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) , 100 yer VİP ziyarət, 150 yer isə nisbətən zəif şəraitli ziyarət üçün olandır.
İdarə sənəd qəbulunun bu ayın sonuna kimi başa çatacağını bildirib və ziyarətə getmək istəyən zəvvarlara tələsməyi tövsiyə edib.QMİ-dən bu il ilk dəfə olaraq zəvvarlara ziyarət xərcini hissə-hissə ödəmək imkanı yaradıldığı da bildirilib.
Bəs Həcc kupunun hissə-hissə, kreditlə ödənməsi İslam dininə görə doğrudurmu? Hafta.az-a açıqlama verən ilahiyyatçı alim Əkrəm Həsənov bildirdi ki, bu məsələ mübahisəlidir:
“Bu məsələ mübahisəlidir, indiki dövrümüz üçün. Çünki həcc ziyarətinə gedən insanın, müsəlmanın həcc ibadətini düzgün yerinə yetirməsi üçün şərtlərdən biri də borcunun olmamasıdır. Çünki, Həcc ziyarəti ağır yolçuluqdur. İbadətə səfərə çıxan müsəlman şəxs hər kəslə halallaşıb həccə getməlidir. Bu şərtlər və halallaşma içərisində borcunu bağlamaq da vardır. Borcunu bağladıqdan sonra həccə getmək daha məqbul hesab edilir. Ancaq ailə üzvləri, yaxın qohumlara vəsiyət edəcəyi təqdirdə ki, mən səfərdən qayıda bilməsəm borcu bağlayarsız, belə halda icazə var. Ancaq həccə gedən şəxs də evdə borcunu bağlamaq üçün kifayət qədər məbləğ saxlamalıdır. Əks halda ailə üzvlərini yük altında qoymuş olar. İslama görə ən doğrusu borcunu tam ödəyərək həccə getmək lazımdır. Bəyənilən budur ki, həcc ibadətini şəxsin özü öz imkanlarına görə yerinə yetirsin. Başqa bir imkanlı şəxsin köməyi ilə də həccə getmək olar. Ancaq yaxşı, müsbət mənada düşünəndə, gələcəkdə borcları bağlayacağı təqdirdə ola bilsin ki, şəxsin həcc ibadəti məqbul olsun. Düzünü Allah bilir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər