BolgeXeber.Com » Xəbərlər » ''Qarabağ'' klubundan Reynaldo açıqlaması: ''O, içkili olmayıb'' -VİDEO

''Qarabağ'' klubundan Reynaldo açıqlaması: ''O, içkili olmayıb'' -VİDEO

3-06-2016, 08:42
Oxunub: 2 522  ''Qarabağ'' klubundan Reynaldo açıqlaması: ''O, içkili olmayıb'' -VİDEO"Qarabağ" futbol klubunun ulduz futbolçusu Reynaldo, mövsüm sonu tətil məqsədilə Braziliyaya gedib

Futbolçu tətilinin ilk günlərində qəzaya uğrayıb. Belə ki, şəxsi avtomobilini idarə edən Reynaldo, qarşıdan gələn motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs xəsarət alıb.

Məsələ ilə bağlı klubun sözcüsü Nurlan İbrahimov mediaya açıqlama verib.
 ''Qarabağ'' klubundan Reynaldo açıqlaması: ''O, içkili olmayıb'' -VİDEO
O, bildirib ki, hadisə zamanı Reynaldo içkili olmayıb: "Mövsümlərarası fasilə dönəmində vətənində olan futbolçumuz Reynaldo idarə etdiyi avtomobillə qəza keçirib. Hadisə zamanı motosiklet sürücüsü xəsarət alıb. İlkin araşdırmalar zamanı (polisin mövqeyi) baş verən qəzada səbəbkarın motosiklet sürücüsü olduğu aşkarlanıb.

Hadisə zamanı Reynaldo içkili olmayıb, polis tərəfindən bu da təsdiqlənib. İlkin tibbi yardımı da məhz futbolçumuz edib. Reynaldonun günahı olmadığından sərbəstdir və hazırda evindədir. Məsələ ilə bağlı daha geniş bilgini ictimayyətə bildirəcəyik".

Musavat.com