Gənc alimin "Rus dilində təhsil ləğv olunsun" təklifinə -Dəstək
3-06-2016, 12:49
Oxunub: 2 834
Son günlər ən çox müzakirə edilən mövzulardan biri də rus dilli təhsilin ləğv edilməsidir
Bir çoxları ləğvin vacib olduğunu deyir. Bəzi alimlər isə hələ də rus dilli təhsilin vacib olduğunu bildirirlər.
AMEA Dilçilik İnstitunun elmi işçisi Cahid İsmayıloğlu Ölkə.Az-a açıqlamasında rus dilli təhsilin ləğv edilməli olduğu fikrini ortaya atıb. Cahid İsmayıloğlu bildirib ki, rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq. Rus bölməsinin olması Azərbaycan dilinin və konkret olaraq uşaq ədəbiyyatının inkişafını ləngidir.
Bununla bağlı keçmiş təhsil naziri Firudin Cəlilov danışıb:
"İndi rus dilində təhsil almağa ehtiyac yoxdur, təhsil ana dilində olmalıdır. Ancaq burada bir problem var ki, onu da gözardı etmək olmaz. Bu da rus dilinin öyrənilməsi olayıdır. Belə ki, son yüz ildə Azərbaycan alimlərinin 99 faizi rus dili vasitəsilə ixtisas ədəbiyatı ilə tanış olub, çünki Azərbaycan türkcəsində bu elmi ədəbiyyatlar olmayıb, bəziləri dilimizə tərcümə olunub.
Bugün durum bir az fərqlidir, artıq gənclərin çoxu Avropa dillərindən birini öyrənib həmin dildə elmi ədəbiyatdan istifadə edir. Get-gedə bu üsul daha geniş yayılacaq. Ancaq bugün rus dilini bilməyənlər gərəkli ədəbiyyatdan bəhrələnə bilmir, bu isə ala-yarımçıq təhsil adlanır.
Bir sözlə, rus dilindəki təhsildən imtina etməliyik, ancaq bu sahədəki boşluğu doldurandan sonra, Avropa dillərindən biri öyrənilənə qədər. Bu baxımdan rus dili hələ 5-10 il bizim təhsildə lazım olacaq. Sonra ondan imtina etmək olar.
Rus dilində təhsil ilə təhsildə rus dilinin öyrənilməsi fərqli tədris metodlarına bağlıdır. Birinciyə ehtiyac yoxdur, ondan imtina fəsad verməz. İkinciyə isə hələ beş-on il ehtiyac var, bundan imtina fəsadlar verər".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər