İcra başçısı özünü şah elan edəcək - Belə görünür...
4-06-2016, 10:57
Oxunub: 1 995
Rayonda sayı bilinməyən obyektlərin sahibi olan, hektarlarla torpaqları mənimsəyən, ucu-bucağı bilinməyən əkin sahələrini zəbt edərək milyonlar qazanan icra başçısı artıq özünü rayonun şahı elan etməyə başlayıb
Bütün bunlar azmış kimi, rayona nəzarəti itirən, başı yalnız pul qazanmağa qarışan Neftçalanın icra başçısı İ.Vəliyev indi də şəhid ailələrini hədəfə alıb.
İcra başçısı müqəddəs və yazılmayan qaydaları pozmaqla rayonda ciddi narazılığı yaranması üçün əsas yaradıb. Belə ki, bu dəqiqələrdə Neftçaladan daxil olan məlumata görə, Neftçalanın icra başçısı İsmayıl Vəliyev idarələrdən birində az əmək haqqı ilə də olsa işləyən, ailəsini çətinliklə də olsa dolandıran şəhid qızının işdən çıxarılması ilə bağlı göstəriş verib.
Bu millətə və insanlığa yaraşmayan bir haldır. Maraqlıdır, icra başçısı vətən, dövlət, millət yolunda hətta canından keçən şəhid ailələrinin cüzi əmək haqqı ilə işlədikləri yerə də tamah salıb? Yoxsa, bunun adını nə qoyaq, İsmayıl Vəliyev? Atası şəhid olan bir xanımı işdən çıxarmaq, ac qoymaq hansı insani qaydalara sığır? Budurmu dövlətin sizin kimi icra başçısına verdiyi tapşırıq? Yoxsa, vətən, millət yolunda canından keçən insanların ailə üzvlərinə diqqətin artırılmasımı? Yəqin ki, bu barədə aidiyyatı qurumlara məlumat veriləcək...(qaynar.info)
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes