Naqif Həmzəyevin qardaşından polisə hörmətsizlik
4-06-2016, 13:50
Oxunub: 3 019
8 saylı Nizami (Gəncə) İkinci seçki dairəsindən millət vəkili seçilən Naqif Həmzəyev yenə qalmaqallı şəkildə gündəmə gəlib
Deputat bu dəfə qardaşının hərəkətinə görə gündəmə düşüb.
AzFakt.com-un Gəncədəki mənbələrdən aldığı məlumata görə, Naqif Həmzəyevin kiçik qardaşı həm də onun sürücüsüdür. O, bu günlərdə şəhərin mərkəzində "avtoşluq" etmək qərarına gəlib. Özü də polislərin gözü önündə. Maraqlıdır ki, polis qanunları pozan deputatın qardaşı və sürücüsünə qarşı heç bir tədbir görməyib.
Mənbə bildirir ki, bu özlərini Gəncənin sahibi hesab edən Həmzəyev qardaşlarının ilk özbaşınalığı deyil. İcra başçısı Elmar Vəliyevdən külli-ixtiyar alan deputatın qardaşı tez-tez belə hərəkətləri ilə gündəmə gəlir. Polis isə qanunları pozan, gözlərinin qarşısında "avtoşluq" etməklə onlara qarşı hörmətsizlik edən kiçik Həmzəyevin bu hərəkətlərinə seyirçi qalır. Çünki Elmar Vəliyevin qorxusundan Həmzəyev qardaşlarına heç kim toxuna bilmir.
Qeyd edək ki, Naqif Həmzəyevin qardaşı 6-7 ay əvvəl Gəncdə bıçaqlanmışdı. Məlumata görə, buna səbəb onun şəhərin məhlələrindən birində xuliqanlıq etməsi olub. Öz hərəkətləri ilə ətrafdakı insanlara qarşı hörmətsilzik edən kiçik Həmzəyev gəncəlilərin hədəfinə tuş gəlmişdi.
Onu da xatırladaq ki, Naqif Həmzəyev özü bir müddət əvvəl Məmməd Əmin Rəsulzadəni təhqir etməklə gündəmə gəlmişdi.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər