BolgeXeber.Com » Xəbərlər » Bəxtiyar Hacıyev şəxsi maşınını general Ramiz Zeynalova bağışlayıb - FOTO

Bəxtiyar Hacıyev şəxsi maşınını general Ramiz Zeynalova bağışlayıb - FOTO

4-06-2016, 17:21
Oxunub: 3 195 Bəxtiyar Hacıyev şəxsi maşınını general Ramiz Zeynalova bağışlayıb - FOTOBəxtiyar Hacıyev bildirib ki, dünəndən bəri məsələyə heç bir rəsmi reaksiya yoxdur

İctimai fəal Bəxtiyar Hacıyevin avtomobili Yol polisi əməkdaşları tərəfindən evakuasiya maşını ilə cərimə meydançasına aparılıb. Buna etiraz edən Bəxtiyar Hacıyev cərimə meydançasına gedərək maşınının üzrərinə “Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalova hədiyyə edirəm” yazıb və bu görüntüləri Facebook-da paylaşıb.

Modern.az saytı məsələ ilə bağlı Bəxtiyar Hacıyevə əlaqə saxlayıb, ondan atdığı addımın səbəbini soruşub.

Bəxtiyar Hacıyev bildirib ki, dünəndən bəri məsələyə heç bir rəsmi reaksiya yoxdur.

“Reaksiya o olardı ki, vətəndaşları aqressivləşdirməsinlər, etirazı artırmasınlar. Dünən məni elə bir vəziyyətə gətirmişdilər ki, DYP avtomobilini çəkiclə vuran vətəndaşı çox yaxşı başa düşdüm. Həmin anda adam elə bir vəziyyətə salınır ki, kifayət qədər aqressiv, hirsli olursan. Dövlət qurumları öz işlərini görmürlər. Məhkəmələr, hüquq-mühafivə orqanları mənim başqa bir məsələmi uzadırlar. Mənə məhkəmədən verilən məktubu Penitensiar Xidmətə təqdim etmək üçün maşınımı saxlamışam. Məktubu cəmi 4 dəqiqə ərzində Penitensiar Xidmətə verib çıxanda gördüm ki, maşını evakuatorla aparırlar. Mən avtomobilimi hərəkətə mane olan yerdə saxlamamışdım. Ətrafda mənim avtomobilimdən başqa da maşınlar var idi. Əksinə, onlar digər avtomobillərin hərəkətinə mane olurdular. Mən fikirləşdim ki, yol kəsişməsinə daha yaxın olan avtomobilləri yox, məhz mənim maşınımı aparırlarsa, deməli yəqin xüsusi maraqları var. Ona gör də avtomobilimi Ramiz Zeynalova hədiyyə etmək qərarına gəldim”.

Bəxtiyar Hacıyev deyib ki, evakuasiya problemləri ilə bağlı ictimai kampaniya başlatmağı planlaşdırır.

“Eyni zamanda, vəkillərlə danışıb bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyəm”.
Bəxtiyar Hacıyev şəxsi maşınını general Ramiz Zeynalova bağışlayıb - FOTO
Bəxtiyar Hacıyev şəxsi maşınını general Ramiz Zeynalova bağışlayıb - FOTO