BolgeXeber.Com » Xəbərlər » Tərtərdə Su Təsərüfatı və Meliorasiya İşçiləri Günü qeyd olunub-FOTO

Tərtərdə Su Təsərüfatı və Meliorasiya İşçiləri Günü qeyd olunub-FOTO

6-06-2016, 09:15
Oxunub: 2 698 Tərtərdə Su Təsərüfatı və Meliorasiya İşçiləri Günü qeyd olunub-FOTO5 iyun-Su Təsərüfatı və Meliorasiya İşçiləri Günüdür

Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri qoymuşlar.
Sonra tədbir Tərtər rayon icra hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini 5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçilərini peşə bayramı və “Azərsu” ASC-nin yaradılmasının 12 illiyi münasibəti ilə təbrik etdi, hər birinə cansağlığı, Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin icrasında yeni-yeni uğurlar arzuladı. Qeyd etdi ki, Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir. Tərtər rayonunda da əhalinin suya olan tələbatının ödənilməsi üçün lazım olan tədbirlər görülür. Suya ehtiyac olan yaşayış məntəqələrində yeni artezian quyuları qazılaraq sakinlərin istifadəsinə verilir. Tərtər şəhərinin və ona bitişik 11 kəndin, ümumilikdə 26198 nəfər əhalinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün layihə həyata keçirilir və işlər surətlə dava etdirilir.
Tədbirdə çıxış edən Subartezian Quyularının İstismarı idarəsinin rəisi Əli Əliyev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Xatirə Məmmədova su təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək, dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açdılar.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Bolgexeber.com