Xaçmazın deputatı xidməti maşınını kimə bağışlayıb?
6-06-2016, 10:50
Oxunub: 3 458
Eldəniz Səlimov köhnə iş yerinə məxsus maşını elə eyni dövlət nömrə nişanıyla sürür
Xaçmazın deputatı Eldəniz Səlimov Milli Məclisdə əyləşsə də, özünü keçmiş iş yerindəki kimi hiss edir. JAM.AZ xəbər verir ki, Xaçmaz şəhər İcra Nümayəndəliyinin rəhbərliyindən deputatlığa transfer olan Səlimovun bu gün idarə etdiyi avtomobil də elə köhnə iş yerinindir.
Məlumata görə, Xaçmazın deputatının hazırda idarə etdiyi avtomobilin dövlət nömrə nişanı 27 AA 004-dür. Bu dövlət nömrə nişanı rəsmi dövlət qurumuna, yəni Xaçmaz Şəhər İcra Nümayəndəliyinə məxsusdur. Amma onun hələ də deputatda qalması, bu nömrəylə avtomobil idarə etməsi kifayət qədər maraqlıdır.
Eldəniz Səlimov qanuna əsasən deputat seçildikdən sonra İcra Nümayəndəliyinə məxsus olan avtomobili və digər şeyləri təhsil verməliydi. Bu gün belə onlardan istifadə etmək hüququ yoxdur. Amma görünən odur ki, deputat dövlətə məxsus olan avtomobildən şəxsi məqsədlər üçün istifadə edir. Üstəlik, onun yerini tutmuş icra nümayəndəsinin isə hansı avtomobildən istifadə etdiyi hələ də məlum deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər