Qardaş iki bacısını zorladı — Bakıda rəzalət
6-06-2016, 13:19
Oxunub: 4 494
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, paytaxtın Binəqədi rayonunun sakinləri olan yeniyetmə qız V.M kiçik bacısı, 10 yaşlı T.M ilə polis idarəsinə gəlib
Hər iki bacı polisə bildirib ki, xeyli müddətdir ki, böyük qardaşları A.M-nın cinsi zorakılığına məruz qalırlar.
Məlumata görə, A.M kiçik bacıları ilə xeyli müddətdir, zorla cinsi münasibətdə olurmuş. 10 yaşlı T.M bildirib ki, 2012-ci ildə qardaşı onunla iki dəfə qeyri-təbii yolla cinsi münasibətdə olub, sonuncu dəfə isə A.M 10 yaşlı bacısını bu il yanvar ayının 26-da zorlayıb və bu dəfə onlar təbii yolla cinsi münasibətdə olublar. Həmin gün 10 yaşlı qızın bəkarəti də pozulub və o, böyük bacısı V.M-ya bu haqda danışıb. Bu vaxt məlum olub ki, A.M digər bacısı V.M-nı da vaxtaşırı, evdə kimsə olmadıqda zorlayırmış. Yeniyetmə bacılar dərhal polisə müraciət ediblər. Onlar polisə müraciət edərkən özləri ilə telefonla çəkilmiş videogörüntünü də təqdim ediblər. Həmin kadrlarda A.M-nın öz doğma bacısını zorladığı açıq-aşkar görünür. O da məlum olub ki, A.M bacılarını zorlayarkən bunu telefon vasitəsilə lentə alırmış və bacısı V.M bu kadrları qardaşının telefonundan özününkünə köçürməyi bacarıb.
Məlumat daxil olandan dərhal sonra polis əməliyyat-istintaq tədbirləri həyata keçirib. Hər iki bacı ekspertizaya göndərilib. A.M isə polis tərəfindən saxlanılıb. İlkin dindirmələrdən sonra onun hər iki bacısını zorlaması təsdiqini tapıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 150.2.3 (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.(Lent.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər