Sabiq deputat ATV-ni qınadı
6-06-2016, 15:26
Oxunub: 3 857
Sabiq deputat Etibar Hüseynov ATV əməkdaşlarının döyülməsi faktına münasibət bildirib
Modern.az saytının verdiyi xəbərə görə, E.Hüseynov jurnalistlərə qarşı zorakılığa qarşı olduğunu bildirsə də, ATV əməkdaşlarını da ittiham edib.
“Amma rüşvət və reket qoxulu, eybəcər şekildə plagiat bir proqramla, icazəsiz olaraq hansısa sahibkarın obyektinə daxil olub "yoxlama" aparmaq da yolverilməzdir. Bu baxımdan həmin sahibkarın rəftarını nəinki qınamır, hətta ona bəraət də qazandırıram. Hayla gələn, huyla da yola salınmalıydı...”.
Sabiq deputat sonra ATV-ə bir sual ünvanlayıb:
“Və bir sual- həmin şamaxılı sahibkar da öz növbəsində əlinə kamera alıb ATV rəhbərinin kabinetinə icazəsiz və qəfil daxil olub çəkiliş etsə, sizcə mənzərə nə cür olar?”.
Qeyd edək ki, Etibar Hüseynov bir müddət ATV-də yayımlanmış “Sitatın sonu” verilişini aparıb.
ATV telekanalında yayımlanan “Yoxlama” verilişinin əməkdaşları Şamaxıda fiziki zorakılığa məruz qalıb. Belə ki, proqramın çəkiliş heyəti verilişin növbəti buraxılışı üçün Şamaxıdakı restoranlardan birində icazəsiz çəkiliş aparmaq istəyib. Buna etiraz edən restoran sahibi aparıcı Azər İsmayılov və verilişin əməkdaşlarını təhqir edərək, məkandan zorla uzaqlaşdırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər