BolgeXeber.Com » Xəbərlər » Tanınmış meyxanaçı Rəşad Dağlı Hacıqabulda qəzaya düşüb-VİDEO

Tanınmış meyxanaçı Rəşad Dağlı Hacıqabulda qəzaya düşüb-VİDEO

7-06-2016, 10:32
Oxunub: 3 200 Tanınmış meyxanaçı Rəşad Dağlı Hacıqabulda qəzaya düşüb-VİDEOTanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb

APA-nın məlumatına görə, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

“Toyota Prado” markalı "10 KC 011" dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.

Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Bolgexeber.com