Qarabağ qaziləri şəhid qızının müdafiəsinə qalxdılar – Neftçalada ŞOK olay
7-06-2016, 20:53
Oxunub: 4 229
Neftçala rayonunda yaşayan bir qrup Qarabağ müharibəsi veteranı və əlili tərəfindən ölkə prezidenti İlham Əliyevə müraciət edib
Müraciətdə Qarabağ müharibəsi veteranları və əlilləri Neftçala rayon İcra Hakimiyyətinin başçısı İ.Vəliyev cənablarının birbaşa tapşırığına əsasən Neftçala şəhər H.Cavid adına Mədəniyyət və İstirahət parkında işləyən Qarabağ şəhidinin qızı Babayeva Sevinc Qəhrəman qızının ərizəsi alınaraq işdən azad edilməsindən narahatlıqlarını dilə gətirib və həmçinin İsmayıl Vəliyevin bu hərəkətlərinin yerli əhaliyə qarşı bəslənilən kin və küdurətdən irəli gələn bir addım olduğu qənaətindədirlər.
Bizimesr.az Neftçala rayonunda yaşayan bir qrup Qarabağ müharibəsi veteranı və əlili tərəfindən ölkə prezidenti İlham
Əliyevə göndərditi müraciəti olduğu kimi oxuğulara təqdim edir. “Azərbaycan Respublikasinin Prezidenti İ.Əliyev cənablarina,
Neftçala rayonunda yaşayan bir qrup Qarabağ müharibəsi
veteranları tərəfindən
M Ü R A C İ Ə T.
Çox hörmətli Dövlət Başçımız!
Bu yaxınlarda Neftçala rayon İcra Hakimiyyətinin başçısı İ.Vəliyev cənablarının birbaşa tapşırığına əsasən Neftçala şəhər H.Cavid adına Mədəniyyət və İstirahət parkında işləyən Qarabağ şəhidinin qızı Babayeva Sevinc Qəhrəman qızının ərizəsi alınaraq işdən azad edilməlidir. Bu Sevinc balamızın heç bir günahı olmadan,işində qüsur tapılmadan onun işdən azad edilməsini heç cür anlaya bilmirik və onun işdən azad olunmasını şəxsən hər birimizə qarşı edilən təhqir və hörmətsizlik kimi qiymətləndiririk. Biz ümumiyyətlə son zamanlarda İcra Hakimiyyəti başçısının yerli əhaliyə qarşı (sahibkarlara, iş adamlarına, Qarabağ şəhidlərinə və s.) etdiyi yersiz və diktatorluq hərəkətlərini heç cür başa düşə bilmirik. Başçıının bu hərəkətlərinin yerli əhaliyə qarşı bəslənilən kin və küdurətdən irəli gəlindiyinin qənaətindəyik. Bunun səbəbi yalnız iki şeydən ola bilər, o ya həddindən artıq varlanmışdır, ya da artıq Dövlətimizin Qanunları onun üçün əhəmiyyətsiz bir yazıya çevrilmişdir.
Möhtərəm Prezidentimiz!
Sizin apardığınız ölkədaxili siyasət bizləri qane edir və biz sizə bu sahədə hər cürə kömək
etməyə hazırıq.
Sizin Ali Baş Komandan kimi əmrinizə daima müntəzirik.Biz Vətən,Dövlət uğurunda vuruşmuşuq və vuruşmağa hazırıq.Amma bu gün İcra Başçımızın bizim balalarımıza qarşı tutduğu mövqe bizi qane etmir.Biz sizdən cox xahiş edirik ki,şəhid balamız Sevincin kiminsə qərəzli mövqeyi üzündən işdən azad edilməsinin qarşısına sədd çəkəsiniz.
Hörmətlə Qarabağ qaziləri…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər