BolgeXeber.Com » Xəbərlər » Bakıda iki rayonun icra başçısı dəyişdirilir - Gözlənti...

Bakıda iki rayonun icra başçısı dəyişdirilir - Gözlənti...

8-06-2016, 10:18
Oxunub: 2 881  Bakıda iki rayonun icra başçısı dəyişdirilir - Gözlənti... Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun daha yüksək vəzifə iddiaları səngimək bilmir

Qeyd edək ki, bu şəxs 2013-cü ildə yeni yaradılmış Pirallahı rayonuna icra başçısı təyin edilib. Amma o bununla kifayətlənmək istəmir. Deyilənə görə, onun daha böyük arzusu var. Gundelik-baku.com-u məlumatlandıran mənbə deyir ki, Pirallahının rəhbəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı işləmək arzusundadır. Onun bu məqsədlə bütün imkanlarını səfərbər etdiyi, yaxın əlaqələrini işə saldığı iddia olunur: «Xəzər Rayon İcra Hakimiyyətinin hazırkı başçısı Gülağa İslamov 68 yaşın içindədir. Bundan başqa, o artıq 21-ci ildir ki, Xəzər rayonunun icra hakimi işləyir. Son vaxtlar onun fəaliyyətindən narazılıq hallarının sayı xeyli artıb. Rayon sakinləri başçının dəyişdirilməsi xahişi ilə bir neçə dəfə yuxarı instansiyalara müraciət ediblər. Bunu fürsət bilən Vasif İmanov vəzifədən çıxarılması gözlənilən İslamovun yerinə keçməyə çalışır». Qeyd edək ki, İmanov Vasif Həsən oğlu 1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1983-1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991-1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003-2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006-2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışıb. YAP Pirallahı Rayon Təşkilatı İdarə Heyətinin üzvüdür. 7 mart 2013-cü il tarixdən Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.