Vaqif Əsədov yol hərəkəti qaydalarını pozdu və cərimələndi Foto (YENİLƏNİB)
8-06-2016, 13:10
Oxunub: 3 375
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
Açıqlama verən V.Əsədov bildirib ki, törətdiyi pozuntuya görə cəriməni ödəyib: “Kiçik bir xəta törətmişəm, bunun da cəriməsini ödəmişəm. Bununla da göstərdim ki, kimliyindən asılı olmayaraq qaydanı pozan hər kəs cəriməni ödəməlidir. Qanun qarşısında hər bir hərəkət iştirakçısı bərabərdir”.(publika.az)
*********
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ximdəti avtomobili ilə yol hərəkəti qaydalarını pozub
Bolgexeber.com xəbər verir ki, onun yol hərəkəti qaydasını pozduğu ilə bağlı foto sosial şəbəkələrdə paylaşılıb. Belə ki, V. Əsədov 99 YP 333 dövlət nömrə nişanlı xidməti avtomobilini piyada keçidinin üzərində park edib. DYP-ə məxsus avtomobilin yol hərəkəti qaydalarını pozması isə şəbəkə istifadəçilərinin etirazına səbəb olub.
Məlumat üçün bildirək ki, durma qaydalarının pozulması zamanı sürücü avtomobildə yoxdursa, evakuasiya olunmalı, 20 manat cərimə edilməlidir. Sürücü avtomobildədirsə yalnız 20 manat cərimə edilməlidir.

Onu da bildirək ki, polis avtomobillərinə hərəkət zamanı xidməti zərurət yaranarsa, yol hərəkəti qaydalarını pozmağa icazə verilir.
Məsələ ilə bağlı V. Əsədovdan münasibət öyrənmək istəsək də, telefonlarımıza cavab vermədi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər