Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
8-06-2016, 13:38
Oxunub: 1 978
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü “isti izlər”lə açılıb
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Bolgexeber.com-a daxil olan birgə məlumatda qeyd olunur ki, iyunun 7-də saat 01 radələrində Nizami rayonu, Babək prospekti 75 saylı evin qarşısında şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi avtomobillə yolu keçən naməlum qadını vuraraq hadisə yerindən qaçıb, nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin 1978-ci il təvəllüdlü, Bakı şəhər sakini Yakuşev Vadim Mixayloviç tərəfindən, idarə etdiyi “BMV 520” markalı 90-UU-748 dövlət nömrə nişanlı avtomobillə törədilməsi müəyyən edilib.
Cinayətin V.Yakuşev tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilməklə zəruzi istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər