BolgeXeber.Com » Xəbərlər » Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi - Cəlilabadda

Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi - Cəlilabadda

10-06-2016, 18:22
Oxunub: 3 108 Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi - CəlilabaddaMeliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və İqtisadi İnkişaf nazirinin müavini Sahib Məmmədov da mülkiyyətçilərin sualları ətrafında yaranan məsələlərlə bağlı müvafiq açıqlamalar verdi

Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərliyi ilə Cəlilabad RIH başçısı Əziz Əzizov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, İqtisadi İnkişaf nazirinin müavini Sahib Məmmədov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin baş məsləhətçisi Ruslan Nuriyev iştirakı etdi.

Bolgexeber.com xəbər verir ki, daha sonra işçi qrupunun üzvləri rayonda üzüm, pambıq, taxıl əkininin və digər kənd təsərrüfatı məhsullarının real vəziyyətini öyrənmək məqsədi ilə rayonun bir neçə təsərrüfat sahələrinə baxış keçirdi. Mirağa Həsənovun başçılıq etdiyi fermer təsərrüfatında çiyələk və pomidor-xiyarın yetişdirildiyi müasir tipli istixana şəraitti ilə tanış oldular. M.Həsənov bildirdi ki,0.4 hektar olan istixana Azərbaycanda ilk dəfədirki yaradılıb, bu üsulla əldə edilən məhsulun həcmi əvvəlkindən iki dəfə çox olmaqla yanaşı əkin sahəsinə 10 dəfədən artıq qənaət olunur. Fermer bildirdi ki, o açıq ərazidəki 7 hektarlıq çiyələk sahəsində də əkini aqrotexniki qaydadada aparmış, normal məhsul əldə etmişdir. İşçi qrupunun üzvləri Sahibkar Rizvan Bayramovun 38 hektar olan üzüm sahəsinə baxış keçirdi və işin gedişatından razı qaldı.

İşçi qrupu rayonda fəaliyyət göstərən “Avanqard” MMC-nin un məmulatları istehsal edən dəyirman da, "Cəlilabad Şərab Zavodu-1” ASC-də “Cəlilabad Brolyer” ASC də istehsal prosesinin gedişi ilə tanış oldular və burada görülən işlərdən öz razılıqlarını bidlirdilər

Sonra işçi qrupu Heydər Əliyev Mərkəzində təşkil olunmuş Şura iclasında iştirak etdi. RİH-nin başçısı Əziz Əzizovun rəhbərlik etdiyi iclasda icra başçısı giriş sözü ilə rayonda pambıqçılığın və digər kənd təsərrüfatı məhsullarının inkişafı ilə bağlı görülmüş işləri və qarşıda duran vəzifələr barədə məlumat verdi. Sonra Prezident Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək Cəlilabad rayonunda üzümçülüyün, taxılçılığın son zamanlarda isə geniş vüsət alan kartofçuluğun ənənəvi bir sahə olduğunu qeyd etdi, o, xam pambığın qiymətinin 50 qəpiyə qaldırılması və mülkiyyətçilərdə stimul yaratmaq üçün hər hektara görə subsidiya veriləcəyini bildirdi.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və İqtisadi İnkişaf nazirinin müavini Sahib Məmmədov da mülkiyyətçilərin sualları ətrafında yaranan məsələlərlə bağlı müvafiq açıqlamalar verdi.

Şura iclası diskussiya formasında davam etdirildi. Ayrı-ayrı fermerlər, iş adamları, mülkiyyətçilər üzümçülüyün, taxılçılığın, pambıqçılığın və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına mane olan problemlərdən və onların aradan qaldırılması yollarından söhbət açdılar. Onların fikirləri, təklifləri, problemləri öyrənildikdən sonra qarşıya çıxan suallara aidiyyəti qurumların rəhbərləri cavab verdilər. Görüş işgüzar şəraitdə başa çatdı.
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi - Cəlilabadda
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi - Cəlilabadda
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi - Cəlilabadda
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirildi - Cəlilabadda