BolgeXeber.Com » Xəbərlər » 17 ermənini öldürən şəhidin atasının borcu silindi – Bunudamı mətbuat yazmalı idi?
17 ermənini öldürən şəhidin atasının borcu silindi – Bunudamı mətbuat yazmalı idi?
11-06-2016, 09:32
Oxunub: 3 565
Yerli KİV-lərdə və sosial şəbəkələrdə aprel döyüşlərində şəhid olan hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadənin atasının çətin durumda olması ilə bağlı xəbərlər yer alıb
Məlumata görə, şəhid atası Kamran Adilzadə banka olan kredit borcunu ödəməkdə çətinlik çəkir.
AzVision.az Kamran Adilzadə ilə əlaqə saxlayıb. Şəhd atası bildirib ki, ötən il yanvar ayında “Azərkredit” bank olmayan kredit təşkilatından 1300 dollar kreditə pul götürüb.
“1 il 4 aydır ki, pul ödəyirəm. Yenidən müqavilə bağlanılıb ki, 1240 manat borcum var. Bildirilər ki, 1240 manatın üzərinə faiz gəlmir. 4 il müddətinə ayda 26 manat ödəməliyəm. Ödəməsəm məhkəməyə verəcəklər. Şəhid atası olduğum üçün “Kapital” bank 600 manat borcumu bağışladı. Bunlar isə bağışlamır”.
Adıçəkilən “Azərkredit” bank olmayan kredit təşkilatının marketinq şöbəsindən isə saytımıza bildiriblər ki, onlar xaricdən maliyyələşdiyi üçün krediti tam bağışlaya bilmirlər.
Qeyd edilib ki, “Azərkredit” BOKT tərəfindən şəhid ailələrinə güzəştlər olur.
Əməkdaşımız şəhid atasının problemi ilə əlaqədar Mingəçevirdən seçilən deputat Aydın Mirzəzadə ilə əlaqə saxlayıb. Deputat müraciətimizdən yarım saat sonra redaksiyamıza telefon açaraq şəhid atasının kredit probleminin həll olunduğunu bildirdi.
Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Adil Adilzadə aprel döyüşlərində şəhid olub. O döyüş zamanı 17 erməni hərbçisini məhv edib. 2016-cı ilin 11 aprel tarixində Adil Adilzadə doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb. 21 may tarixində Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər