BolgeXeber.Com » Xəbərlər » Tərtərdə “İntellektlər diyarı - Qarabağ”adlı intellektual oyun üzrə rayonun seçim turu keçirilib
Tərtərdə “İntellektlər diyarı - Qarabağ”adlı intellektual oyun üzrə rayonun seçim turu keçirilib
11-06-2016, 13:49
Oxunub: 4 225
Tərtər şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektlər diyarı - Qarabağ” layihəsi çərçivəsində intellektual oyun üzrə rayonun seçim turu keçirilib
Tədbirdə layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışaraq layihə haqqında ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə çıxışında gənclərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirmişdir.
Tədbir rayonun ümumtəhsil məktəblərinin 8 komandasının iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam etmişdir. Gərgin mübarizə şəraitində keçən turnirdə şəhər 6 saylı tam orta məktəbin “Talış” və Sarov kənd tam orta məktəbin “Land of Fire” komandaları daha yaxşı nəticə göstərərək Beyləqan rayonunda 5 rayon arasında keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər