Heydər Əsədov 6 milyona villa aldı - Foto
11-06-2016, 15:15
Oxunub: 3 804
Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir
Özəlliklə neft milyonlarının ölkəyə axdığı ötən illər ərzində Azərbaycanın nazirləri ərəb şeyxlərinin həyat tərzini yaşamağa başlayıb.
Belə şəxslərdən biri də kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Vaxtilə, Hesablama Palatasının sədri olan Heydər Əsədov digər komanda üzvlərindən fərqli olaraq, öz sahəsinin peşəkarı kimi tanınırdı. Ancaq nəqliyyat naziri Ziya Məmmədovla quda olan və sonradan nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başlayıb.
Gununsesi.info nazirin bu yaxınlarda yeni villa aldığnı öyrənib. Saytımızı bununla bağlı bilgiləndirən mənbə Heydər Əsədovun aldığı villanın fotosunu da təqdim edib. Bakının “Milyonerlər Məhəlləsi” adlanan məkanda olan villanı Heydər Əsədovun 6 milyona aldığı bildirilir.
Məlumatda qeyd olunur ki, artıq nazir Bakının Səbail rayonundakı (“Torqovı” adlandırılan-red) mənzilindən yeni villasına köç edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər