BolgeXeber.Com » Xəbərlər » “MTN-in ƏLİNDƏ 2800-DƏN ÇOX SEKS VİDEOSU OLUB…” - Ərəstun Orucludan sensasiyalı açıqlamalar
“MTN-in ƏLİNDƏ 2800-DƏN ÇOX SEKS VİDEOSU OLUB…” - Ərəstun Orucludan sensasiyalı açıqlamalar
13-06-2016, 14:12
Oxunub: 2 664
Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb
Virtualaz.org xəbər verir ki, bunu MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində deyib.
Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlərin olduğu haqda əvvəllər də dəfələrlə yazılıb. Lakin indi keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını açıqlayır.
Bəs bunlar hazırda Mahmudovun və adamlarının əlində olan videolardır, yoxsa MTN-dəki qruplaşmanın ləğvindən sonra müsadir edilənlərdir? Çünki məlumdur ki, Eldar Mahmudovun, Akif Çovdarovun və digərlərinin evində aparılmış axtarışlar zamanı həm də şantaj xarakterli videolardan ibarət çoxsaylı disklər, elektron daşıyıcılar müsadirə olunmuşdu.
Ərəstun Oruclu virtualaz.org-a açıqlamasında deyir ki, 2800 rəqəmi ona mötəbər mənbələrdən verilib, lakin başqa detallar haqda danışa bilməz. Çünki əlavə məlumatı yoxdur. “Bunlar jurnalistlər, ictimai fəallar, tanınmış şəxslər, o cümlədən yüksək vəzifəli məmurlar və ailə üzvləri barədə gizli videoçəkilişlərdir. Lakin həmin videoların hazırda harada olduğu haqda məndə məlumat yoxdur. Mənə verilən məlumat belədir ki, bunların əlində həmin sayda seks videoları olub, başqa təfərrüatları bilmirəm. Yəqin ki, bu, ciddi araşdırma mövzusu ola bilər”-keçmiş MTN zabiti bildirib.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər