BolgeXeber.Com » Xəbərlər » "Bakinskaya lapoçka": Bütün oğruların anası

"Bakinskaya lapoçka": Bütün oğruların anası

13-06-2016, 16:32
Oxunub: 5 842 "Bakinskaya lapoçka": Bütün oğruların anasıBu qadının məhkəməsi isə Moskvada baş tutur...

Dosye: Nikiforova Kalina Mixaylovna 15.07.1945-ci ildə Bakıda anadan olub. Yəhudidir. 30 iyul 1976-cı ildə fırıldaqçılığa görə həbs olunub. 1982-ci lidə kurort şəhəri Tuapsedə valyuta alverinə görə tutulub. Cəzasını Mojayskdakı koloniyada çəkib və bir il sonra Vladimir Bıkovun ( “Balda”) işə qoşulması sayəsində azadlığa buraxılıb.
26 dekabr 1986-cı ildə yenidən Leninakan şəhərindəki hava limanında əri Sarkisyan Rubik Torqomoviçlə birlikdə saxlanılıb. Çemodanlarında xeyli miqdarda qiymətli antikvariant və zinyət əşyaları olmasına baxmayaraq, az sonra sərbəst buraxılıblar.
1988-ci il fevralın 24-də Moskvada vəfat edib. Cənazəsi təyyarə ilə Yerevana gətirilərək, “Yaponçik”in sabiq arvadı kimi dəfn edilib.
"Bakinskaya lapoçka": Bütün oğruların anası

...”Yaponçik”in həbs olunub Sibirə göndərilməsindən sonra onun ailəsinin - Lidiya Ayvazovna, oğlanları Eduard və Gennadinin qayğısını Moskvada böyük nüfuza malik “Çyornıy Kardinal”, “Krivonosik” ayamaları daşıyan Otari Kvantrişvili çəkməyə başladı. Moskva obşakının baxıcısı Tsirul da hər ay Lidiya Ayvazovnaya uşaqlarını böyütmək üçün yardım əlini uzadırdı.

”Yaponçik” qanunla Ayvazovadan boşanmışdı. Tutularkən Slavanın başqa bir ailəyə, Kalina və Viktor Nikiforovlara başçılıq etdiyi bütün Moskva zakonniklərinə məlum idi. İvankovun vətəndaş izdivacı ilə yaşadığı qadın – Kalina Nikiforova İttifaqda “xaç anası”, “vorovixa” kimi tanınır, oğulluğu Viktor Yuliyeviç Nikiforov isə Rusiyada ən gənc “vor v zakone” tacını daşıyırdı.

İvankov tutulandan sonra Kalina üçüncü dəfə ərə gedib. Vəfat edən zaman Yulya öğru Rubik Sərkisyanın zövcəsi idi. Dəfndə onlarla “vor v zakone” iştirak edirdi.

İki il əvvəl Kalya Mixaylovna işgüzarlığına, fantaziyasına və sağlamlığına görə hətta kişi `vor`lara dədəboyu (fora) verərdi. O, yenicə ailə həyatı qurduğu Sərkisyanla Leninakandan təyyarə vasitəsilə xaricə küllü miqdarda ləl-cəvahirat, antikvar, külkə və toz şəklində qızıl, cilalanmamış almaz göndərirdi. Hava limanındakı gömrükçülər bu cütlüyün yüklərini yoxlamadan təyyarəyə yığırdılar.

70-ci illərdə Yuri Qorbatıy əsasən yəhudilərdən təşkilatlanmış və Kalinanın da üzvü olduğu “Xunta” adlı qrupa başçılıq edirdi. Dəstə Sovet İttifaqını tərk edərək İsrailə yollanan yevreyləri qarət etməklə məşğul olurdu. Gömrük işçiləri arasına öz adamlarını yerləşdirən “xaç anası” İsrailə gedən adamların hansı yüklə vətənə yollanacaqlarını öyrənir və əlaltılarına xəbər verirdi. İçərisi yoxlamadan keçirilən çamadan və çuvalların sahibləri qiymətli əşyalarının yoxa çıxdığını yalnız İsraildəki mənzillərə toxtayandan sonra aşkarlayırdılar.
"Bakinskaya lapoçka": Bütün oğruların anası

...Erməni kriminal aləmi özünü hardasa Yerevanda, yaxud əyalətdə - Moskvaətrafı şəhər və qəsəbələrdə deyil, paytaxtın lap mərkəzində büruzə verirdi. Sretenkadakı “Pomidor” kafesi qanuni oğruların "şalmovka" (keyf məclisi qurduqları daimi yer) oylağı, həm də ciddi qərarlar qəbul etdikləri sxodkalar ofisi idi. Görünür, erməni kriminal aləmi o qədər möhkəmlənmişdi ki, artıq gizli fəaliyyət ona darlıq edirdi.

Buraya əsasən erməni millətrindən olan oğrular toplaşardı. Oğru dünyasında millət məsələsi olmadığını desələr də, “yan”lar çalışardılar ki, onların sxodkalarında hətta slavyan zakonnikləri də iştirak etməsin.

“Brilyant Ağakərim” – Bakıda zinyət əşyaları alverçisi kimi tanınan Əzimoğlunun söylədiklərindən:

- 5 saylı sürət qatarı Sabunçu vağzalından 45 dəqiqə gecikməklə saat 17-00 da tərpəndi. O vaxtlar mağazalarda zərgərlik məmulatları tapılmadığından mən Moskva - Leninqrad mağazalarından ucuz qiymətə "rıjıy" (qızıl məmulatlar) və "blondinka" (brilyant) gətirir, sataraq iki-üç qatına qazanırdım.

Qatarla Bakıdan Moskvaya gedərkən Yulya-Kalina ilə yaxından tanış oldum. Bu vaxta qədər də onu kriminal uşaqlara yaxınlıq edən “kurapatka” kimi tanıyırdım. Amma iki sutkalıq qatar səyahəti zamanı yəqin etdim ki, bu yeniyetmə qızcığaz mənim kimi oddan-sudan çıxmış patsanlara da fora verə, kukiş göstərə bilər. Adicə "duraka" oyununda Yulka mənim 370 manatımı cibiştanladı.


`TT Nəriman`ın soylədiklərindən:

- Vitya anadan olandan iki il sonra Yuliy Sezar dünyasını dəyişdiyindən Kalina özünə Rusiyada ən xod gedən avtoriteti, Vyaçeslav İvankovu seçdi. İkinci Dünya müharibəsi dövründə qərbdən şərqə tərəf köçürülən yəhudi ailələri içərisində Kalyanın nənəsi da olub. İki qızı ilə Bakının Basin küçəsi ilə Karqanovun kəsişdiyi həndəvərdə məskunlaşan bu ailəni bəziləri Vaynşteynlər, digərləri isə lap sonralardan Nikiforovlar adlandırırdı.

Yəhudi ailələrində ana xətt əsas götürüldüyündən və Yuliy Nikiforov sonralardan Kalina ilə evləndiyindən onları elə ana familiyasıyla çağırardılar. Kalina və Faina bacıları on-on iki yaşlarından günlərini Malakan bağında keçirər, oğurluq malları barıqalara paylamaqla, nakol-ka verməklə yaxşıca “lave” (pul) qazanardılar.

Biz - yəni köhnə, nepmanovski oğrular da çox vaxt Malakan bağına toplaşdığımızdan, iki yəhudi bacını yaxşı tanıyır, bəzən qazanmaq üçün navodkalar verirdik. Onların qayğısına qalanların içərisində Məşədi Səfər oğlu Cavanşir, Göygöz Sabir, Maruxa daha çox canıyananlıq göstərirdilər. Kalina öz oğru ponyatkasıyla, bəzi vorovkalara "doqquzluq" göstərməyə qabil enerjili, fəndgir, ağıllı bir qız idi. On yeddi yaşı olanda Torqovıda zərgərlik dükanında işləyən, hamının "Yuliy Sezar" ləqəbi ilə tanıdığı Nikiforovu məhəbbət toruna salıb, özünə evləndirməyi bacarmışdı.

Altmışıncı illərin əvvəllərində Nikiforovun bəxti gətirdi. Bakıda xarici valyuta, daha doğrusu, çeklə import mallar satılan "Çinar" mağazası açılanda Yulinin yığdığı əntiq şeylərə tələbat artdığından, antikvar şöbəsinə satıcı kimi Kalina da işə götürüldü. Nikiforovun bir vaxtlar qəpik-quruşa aldığı antikvariatlar xarici turistlər, yüksək vəzifələrdə işləyən adamlara bir neçə yüz dəfələrlə artıq qiymətə satılırdı.

Həmin dövrdə Moskvadakı analoji "Beryozka" mağazasında isə eyni əntiq şeylər daha böyük qazanc gətirirdi. "Yulya" belə fürsəti fövtə verərdimi? Onların Moskvaya gedişindən bir il əvvəl zərgərin ailəsində daha bir xöşbəxtlik baş vermişdi. Avqustun 14 -də onların kiçicik mənzilində uşaq çığırtısı eşidildi, Viktor Nikiforov anadan oldu.

"Beryozka"da işləyərkən Yulya qanuni oğrularla sıx ünsiyyət qurmaqla yanaşı, qazandığının tən yarısını obşaklara qrev göndərməklə ad çıxarmışdı.

Vitya anadan olandan iki il sonra `Yuliy Sezar` dünyasını dəyişdiyindən Kalina özünə Rusiyada ən xod gedən avtoriteti - Vyaçeslav İvankovu seçdi. Həmin vaxt Yulya - Kalinanın cəmi 24 yaşı vardı.

"Beryozka"nın həndəvərində aparılan valyuta və çek alverinə bütünlüklə Yuliya və ”Yaponçik”in dostu-podelniki Asəf nəzarət edirdilər. Deyilənə görə, Kalina yığdığı ləl-cəvahirat və əntiq şeyləri hələ də kimsəyə bəlli olmayan yollarla, gah Ermənistandan, gah da Polşadan Qərbi Almaniyada (FRQ-də) yaşayan bacısı Fainaya çatdırır, oradan isə Fransa və İngiltərəyə paylanırdı.

70-ci illərdə Qorbatıy əsasən yəhudilərdən təşkil olunmuş və Kalinanın da üzvü olduğu “Xunta” adlı qrupa başçılıq edirdi. Dəstə Sovet İttifaqını tərk edərək İsrailə yollanan yəhudiləri qarət etməklə məşğul olurdu. Hər şey düzgün hesablanmışdı: vətəni “satan” adam ölkə rəhbərliyinin simpatiyasından uzaqdır. Milis və prokurorluq orqanları soyulmuş yəhudilərin şikayət ərizələrinə barmaqarası baxır, oğruları, soyğunçuları yaxalamağa çox da can atmırdılar. Qrup üzvləri Kalinanın ələ aldığı milis və məhkəmə orqanları ilə əlbir işləyirdilər. Çox vaxt nakolkanı da Yulya özü Qorbatıya nişan verirdi.

Qorbatının ölüm ayağında verdiyi müsahibəsindən:
- Milis rəislərinin əksəriyyəti öz vəzifələrinə Javer kimi vicdanla yanaşmırlar. Düzdür, onlar çox cüzi məvacib alırlar. Müstəntiqlərin bir çoxu avans-poluçkaya beş gün qalmış bir-birlərindən borc pul istəyirlər. Milis mayorlarının düzgün işləyəni evdən çıxanda nahara qoltuqlarındakı buxanka çörək və qatıq bankası ilə yollanırlar. Gülməli deyilmi?

Nə qədər qəribə olsa da, törətdiyi saysız-hesabsız cinayətlərə baxmayaraq, Yulka heç vaxt milisin əlinə düşmürdü. Sonralar, 1980-ci ildə Moskvada keçirilən məhkəməsində şahidlərdən biri belə ifadə verdi ki, guya Yulyanı milis lap çoxdan ələ alıbmış. Elə buna görə də milisdən qorxmayaraq saysız-hesabsız cinayətlərin altından təmiz çıxırdı.

Bu qadının məhkəməsi isə Moskvada baş tutur...


TT Nəriman Yulyanı məhkəmə zalında belə təsvir edirdi:

- Bir vaxtlar mən bu qadını bircə dəqiqəlik görmək naminə saatlarla Malakan bağında oturub onun peyda olmasını gözləyərdim. O vaxt Yulkanın 15-16 yaşı vardı, amma vərkər, tezyetişmiş bədən quruluşu ilə əksər oğruların nəzər-diqqətini cəlb edirdi. O isə deyəsən, Məşədi Səfər oğlu Cavanşirdən kəsirdi. Həmin dövrlərdə Cavanşirin çox yaraşıqlı bir erməni məşuqəsi olduğundan, Yulkaya adi vorovka gözüylə baxırdı.

Tutulanda orta boylu, yaşı otuzdan ötmüş bir qadın idi Yulka. Aydın görünürdü ki, bu məhkəmə onu qətiyyən çaşdırmır. Səlis danışır, məntiqli fikirlər irəli sürürdü. Onu üç il müddətinə məhbəsə göndərmək haqqında qərar verdilər. Yalnız məhkəmədən sonra bildim ki, Yulya Yaponçiklə yaxınlıq edir.

...1988-ci ilin fevralı idi. Bir neçə gün əvvvəl Moskvada vəfat etmiş Kalyanın cəsədini təyyarə ilə Yeravanada dəfn etməyə aparırdılar. Bütün paytaxtın kriminal aləmi Kalinanı hava limanına ötürən eskorta qoşulmuşdu. Yüzdən də çox maşın fit verərək keçdiyi yollardakı camaatın nəzər-diqqətini cəlb etməyə çalışırdı. Danışırdılar ki, Yaponçikin qeyri-qanuni arvadı, öğru Biktor Nikiforovun anası ölüb. Kalya vəfat edəndə İvankov və Kalina həbsxanada islah olunurdular.