Nüsrət Kəsəmənlinin şeirlər dəftəri hərraca çıxarıldı - “Ya saxtadır, ya oğurluq”
13-06-2016, 18:06
Oxunub: 4 244
Xalq şairi Nüsrət Kəsəmənlinin əlyazması olan şeirlər dəftəri hərraca çıxarılıb
Dəftər sosial şəbəkə vasitəsilə auksion və hərraclar təşkil edən səhifədə nümayiş etdirilir. Şeirlər üçün ilkin qiymət 200 manat nəzərdə tutulub.
Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli AzNews.az-a açıqlamasında atasına aid əlyazma şəklində olan şeirlər dəftərinin hərraca çıxarılmasından xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, bununla bağlı Kəsəmənlilər ailəsi məlumatlandırılmayıb: “Ola bilər ki, kimdəsə vərəqlər var. Nüsrət Kəsəmənlinin ailəsinin adından deyirəm ki, onun adına feysbuk səhifəsi yoxdur. Biz belə bir səhifə işlətmirik. Sadəcə şeirlərini paylaşanlar var”.
R.Kəsəmənli qeyd edib ki, əgər deyilənlər doğru olarsa, mərhumun varisi tərəfindən hüquqi addım atılacaq.
***
17:24
Şair Nüsrət Kəsəmənlinin oğlu atasının əlyazması olan şeirlər dəftərinin hərraca çıxarılması ilə bağlı daha bir açıqama verib.
O bildirib ki, mərhumun əlyazmalarını hərraca çıxaranları təcili tapmaq lazımdır: “Bu, biabırçılıqdır. Kimdirsə, təcili tapmaq lazımdır. Bu, ya saxta dəftərdir, ya da oğurlanma”.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər