BolgeXeber.Com » Xəbərlər » Bərdədə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilmişdir-FOTO

Bərdədə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilmişdir-FOTO

13-06-2016, 18:51
Oxunub: 2 345 Bərdədə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilmişdir-FOTO13 iyun 2016-cı il tarixində Heydər Əliyev adına mərkəzdə Bərdə Gənclər və İdman İdarəsinin, YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı və rayonun fəal gənclərinin iştirakı ilə Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilmişdir

Tədbirdən öncə bir qrup gənc ulu öndərin abidəsi önünə tər-gül dəstələri qoydular.Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov açaraq gəncləri qarşıdan gələn Milli Qurtuluş günü münasibətilə təbrik etdi.
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçılarına idarənin könüllüləri tərəfindən hazırlanmış,ümummilli lider Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından və gənclərə göstərdiyi diqqət və qayğısından bəhs edən videoçarx nümayiş etdirildi.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov mövzu ilə bağlı geniş məruzə etdi.O,məruzəsində qeyd etdi ki,Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlər də onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsasını qoyub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həm çətin,həmdə ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür.Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi, Əliyevlər ocağının ən layiqli yetirməsi cənab İlham Əliyevin əlindədir.Biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəyini görürük və buna tam əminliklə inanırıq.
Heydər Əliyev adına mərkəzin direktoru Arifət Əhmədova, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi,1993-cü ildən YAP üzvü Aydın Qasımov,Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi,kənd təsərüffatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin bərpa edilməsindən, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmasından, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmasından,gənclərin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan,bu məsələnin daima onun nəzarətində olmasından danışdılar. Qeyd etdilər ki,bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Çıxışlardan sonra gənclərin vətənpərvərlik mövzusunda hazırladıqları musiqi nömrələri iştirakçılara təqdim olundu.Sonda bir qrup fəal gəncə Bərdə rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları təqdim olundu.
Tədbirə Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov yekun vuraraq bildirdi ki,ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu hər bir gənc üçün örnək olmalıdır.
Bolgexeber.com
Bərdədə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilmişdir-FOTO
Bərdədə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilmişdir-FOTO
Bərdədə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilmişdir-FOTO
Bərdədə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilmişdir-FOTO
Bərdədə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilmişdir-FOTO
Bərdədə “Qurtuluşa gedən yol” mövzusunda tədbir keçirilmişdir-FOTO