Hacıqabulda 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib-FOTO
14-06-2016, 10:49
Oxunub: 3 535
Tədbirin sonunda “Əbədiyyət yolu” sənədli filminə tamaşa edildi
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş günü münasibəti ilə 11.06.2016-cı il tarixindən ekskursiyalar başlayıb.Rayonun Navahı kənd, Muğan qəsəbə, 5 saylı tam orta məktəblərinin müəllim və şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət etdilər.Mərkəzin bələdçisi Nurlanə Muradova Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlar haqqında onlara geniş məlumat verdi.
13.06.2016-cı il tarixində isə 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar “Xalqın xilaskarı” Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsinə həsr olunmuş tədbir keçirildi.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı, bütün tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, Mərkəzi kitabxananın şöbə müdiri Səkinə Qarayeva, Tarix Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev, şəhər 10 saylı tam orta məktəbin şagirdi Samir Qəhrəmanov geniş məruzə ilə çıxış etdilər.
Tədbirin sonunda “Əbədiyyət yolu” sənədli filminə tamaşa edildi.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər