BolgeXeber.Com » Xəbərlər » Zəngilanın icra başçısının ilginc fotosu yayıldı - Belə də olurmuş...

Zəngilanın icra başçısının ilginc fotosu yayıldı - Belə də olurmuş...

14-06-2016, 14:01
Oxunub: 1 894 Zəngilanın icra başçısının ilginc fotosu yayıldı - Belə də olurmuş...Zəngilanın icra başçısı Ramiz Həsənov rayon əhliylə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır

Azərbaycanın işğal altında olan rayonlarının icra başçılarını bəlkə çoxları tanımır. Xüsusən də Zəngilan və Qubadlının icra başçısının kimliyi heç mətbuatın da diqqətində deyil. Daha doğrusu, onların hansı işlərlə məşğul olduqları maraq kəsb etmir.
JAM.AZ xəbər verir ki, Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra əhalisi əksər rayonlara yayılıb. Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur. Laçın, Cəbrayıl və daha bir neçə işğal altında olan rayonların rəhbərlərindən fərqli olaraq, Zəngilanın icra başçısı Ramiz Həsənov isə rayon əhliylə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır.
Qeyd edək ki, Zəngilanın icra başçısı Ramiz Həsənov Qaçqınkomun sədri Əli Həsənovun qardaşıdır. Onun bu vəzifəyə təyinat alması da elə qardaşının sayəsində mümkün olub. İşğal olunmuş rayona rəhbərlik etməkdən daha çox, əyləncəli məclisləri sevən Ramiz Həsənovun çıxış etdiyi tədbirlərdən birində çəkdirdiyi foto yayımlanıb.
Həmin fotoda Həsənovun hansısa məclisdə olduğu və qarşısında zəngin süfrə açıldığı diqqəti çəkir. Masanın üzərindəki bahalı içkilərin qiymətləri isə min manatlarla qiymətə malikdir. Məsələn, fotoda əks olunan «Henssy» konyakının qiyməti 750 avrodan başlayır. Və ya «Chivas» viskisinin qiyməti isə 150 manat dəyərindədir. «Regal» adlı visik isə 250-300 manat civarında satılır.
Hətta toy olsa belə, icra başçısının bu qədər bahalı içkiləri qarşısına düzməsi heç bir şəkidə başadüşülən deyil. Əvvəla, ona görə ki, o, işğal altında olan bir rayonun rəhbəridir. İkincisi, qaçqın rayonunun rəhbərinin o qədər pulu və hökmü haradandır ki, qarşısına 2-3 min manatlıq içki düzülür?
Xatırladaq ki, Qaçqınkomun sədri Əli Həsənovun yaxın ailə üzvlərinin bahalı həyat tərzləri barədə hələ xeyli əvvəldən mətbuatda məlumatlar yayılıb. Hətta bu yaxınlarda onun nəvələrinin dəyəri milyon manatla ölçülən maşın kolleksiyalarını nümayiş etdirdiyi yerdə videoları yayılmışdı.