BolgeXeber.Com » Xəbərlər » Cəlilabad rayonunun Sərhədabad kəndinə ilk dəfə təbii qaz verildi-FOTO

Cəlilabad rayonunun Sərhədabad kəndinə ilk dəfə təbii qaz verildi-FOTO

14-06-2016, 17:57
Oxunub: 7 184 Cəlilabad rayonunun Sərhədabad  kəndinə ilk dəfə təbii qaz verildi-FOTODövlət başçısının tapşırığına əsasən Cəlilabad rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam edir.14 iyul 2016-cı il tarixdə rayonun 1800-dən çox əhalisi olan Sərhədabad kəndinə də mavi yanacaq verilib

328 abonenti olan kənddə 24497 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib.328 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Açılış mərasimində dövlətin regionlara qayğısı və bu istiqamətdə görülən işləri diqqətə çatdıran rayon icra hakimiyyəti başçısı Əziz Əzizov qeyd edib ki,son bir ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 46 yaşayış məntəqəsi təbii qazla təmin olunub.Əziz Əzizov hazırda respublikamızda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açdı,Cəlilabadda yaşayış məntəqələrinin sürətlə qazlaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı,kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı.RİH başçısının Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlizamin Əzizov kənd sakinlərini təbrik etdi, göstərdiyi qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlını bildirdi.Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Elçin Məmmədov əlamətdar hadisə münasibətilə təbriklərini çatdırdı.Çıxış edən kənd sakinlərindən Tahir Ağayev,Müştəba Mirzəyeva Milli Qurtuluş Günü bayramı ərəfəsində kənddə təbii qazın verilməsinin bayram hədiyyəsi olduğunu söyləyib və göstərilən qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq edib.Sonda RİH başçısı Əziz Əzizov rəmzi məşəli alovlandırdı.
Bolgexeber.com
Cəlilabad rayonunun Sərhədabad  kəndinə ilk dəfə təbii qaz verildi-FOTO
Cəlilabad rayonunun Sərhədabad  kəndinə ilk dəfə təbii qaz verildi-FOTO
Cəlilabad rayonunun Sərhədabad  kəndinə ilk dəfə təbii qaz verildi-FOTO
Cəlilabad rayonunun Sərhədabad  kəndinə ilk dəfə təbii qaz verildi-FOTO
Cəlilabad rayonunun Sərhədabad  kəndinə ilk dəfə təbii qaz verildi-FOTO